Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


18.05.2018  09:57 

İŞİD-in baş təşviqatçısı öldürüldü





A+  A-

İraq hərbi hava qüvvələrinin Suriyaya endirdiyi aviazərbələr nəticəsində İŞİD-in baş təşviqatçısı zərərsizləşdirilib.
XəzərNews.az xəbər verir ki, bu barədə “Al Sumariya” telekanalı İraq kəşfiyyatından olan məlumatlı mənbəyə istinadən informasiya yayıb.

İraq qırıcıları sərhəd yaxınlığında yerləşən İŞİD mövqelərinə sonuncu dəfə mayın 14-də zərbələr endirib. Dəşiş rayonuna edilmiş hava reydi nəticəsində terrorçuların komanda məntəqəsi tam məhv edilib.

Ölənlər arasında İŞİD-in Suriya ərazisində təbliğat-təşviqatı ilə məşğul olan bölmənin rəhbəri Əbu Bəra Əş-Şami adlı yaraqlı yer alır.

Mənbənin məlumatına əsasən, terrorçu müxtəlif videomaterialların, o cümlədən əsirlər üzərinə işgəncə və edam görüntülərinin hazırlanması və yayımı ilə məşğul olub.

İraq hökuməti aviazərbələrin Suriya, İran və Rusiya ilə əlaqələndirildiyini bildirib.

Xəbər 2845 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +