Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


16.05.2018  23:54 

Aya məqalə göndəriləcək - Gələcək nəsillərə ötürmək üçün





A+  A-

ABŞ-ın “Arch Foundation” qeyri-kommersiya təşkilatı Aya qeyri-adi kitabxana göndərmək niyyətindədir.
XəzərNews.az xəbər verir ki, kitabxana Yerin süni peykinin “Wikipedia” onlayn ensiklopediyasının metal üzərində çap edilən milyonlarla məqaləsi ilə təchiz edilməsini nəzərdə tutur.

Aktivistlər Aya ensiklopediyanın ingilisdilli versiyasının indiyədək mövcud olan bütün arxivini göndərmək istəyirlər.

Məqalələrin çap şəklində çəkisinin yüz minlərlə tona bərabər olacağına görə onların nikeldən ibarət xüsusi nanolövhəciklər üzərinə köçürülməsi planlaşdırılır. Beləliklə, milyonlarla mətn səhifəsini kompakt disk qutusu ölçüsündə lövhəciyə yerləşdirmək mümkün olacaq.

Bildirilir ki, layihənin ideyası bəşəriyyət nailiyyətlərinin onun yaşam mühitindən kənar surətinin yaradılmasından ibarətdir. Nikel təbəqələri üçün Yer peykinin aqressiv mühiti və parlaq günəş işığı təhlükə törətmədiyinə görə digər materiallardan fərqli olaraq korroziyaya uğramır. “Bizim arxivlərimiz milyonlar və ya milyardlarla il saxlanılacaq, sonra onları gələcək nəsillər taparaq oxuyacaq”, - “Arch Foundation” nümayəndəsi bildirib.

Qeyri-adi yükün göndərilməsi yaxın bir neçə ildə baş tuta bilər. Bu işdə fonda Aya özəl uçuşlar təşkil etməyi planlaşdıran “Astrobotic” müstəqil kosmik şirkəti kömək edəcək.

Xəbər 3081 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +