Biləsuvarda 16 yaşlı qız özünü asıb
Bakıda qız üstündə qan töküldü
İranda zəlzələ olub
Xarici İşlər Nazirliyi bəyanat verdi
Kürdə suyun səviyyəsi artıb
Prezident təhsillə bağlı gözləntilərini açıqladı
Sumqayıtda ev əşyalarla birlikdə kül olub
Bu yolda sürət həddi azaldıldı
Almeyda millinin düşərgəsini tərk etdi
Bu müəllimlərin maaşı artacaq


16.05.2018  11:21 

Heydər Əsədova milyonluq villa üçün torpağı kim bağışlayıb - TƏFƏRRÜAT





A+  A-

Keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun Bakıda milyon manatlarla qiyməti olan 2 yeni villası üzə çıxıb. Unikal.org-un əldə etdiyi məlumata görə, onun paytaxtın Binəqədi rayonu Varovski qəsəbəsində olan villalarından biri 5 mərtəbəli, tikintisi 6 milyon manata başa gəlib. Həmin villa 20 sot torpaq sahəsinin içərisində tikilib. Digər 3 mərtəbəli villası isə 2 milyon manata tikilib.
XəzərNews.az “Yeni Müsavat”a istinadən xəbər verir ki, sabiq nazirin Binəqədi rayonu ərazisində nəhəng villa inşa etdirməsi yeni xəbər deyil. Hələ iki il əvvəl mediada belə xəbərlər dərc olunmuşdu. Həmin xəbərlərdə iddia olunurdu ki, villanın yerləşdiyi ərazidə torpağın 1 sotu 100 min manata başa gəlir. Bildirilirdi ki, villanın yerləşdiyi torpaq sahəsini nazirə iş adamlarından biri hədiyyə edibmiş. Həmin villanın təmir işlərini isə digər iki iş adamı öz boynuna götürübmüş.

H.Əsədovun nazir postuna keçdikdən sonra həm ölkədə, həm də xaricdə biznesini genişləndirdiyi deyilir. Bildirilir ki, Heydər Əsədovun xaricdəki biznesini yaxın adamlarından biri idarə edib. H.Əsədovun kürəkəni Anar Məmmədovun hesabları üzərindən ölkədən külli miqdarda pullar çıxardığı da iddia edilir. Yada salaq ki, sabiq nazirin oğlu Asif Əsədzadənin atasının Azərbaycan dövlətindən yayındırdığı pullar hesabına Londonda çoxlu mülklərə, ən bahalı avtomobillərə sahib olduğu deyilir .



Hətta xarici KİV-lər Əsədovun oğlunun ərəb şeyxləri ilə rəqabətə girdiyini də yazırdılar.

H.Əsədov nazir olduğu dövrdə kənd təsərrüfatı sahəsinə külli miqdarda vəsait ayrılıb. Bura yalnız müxtəlif bitkilərin əkini üçün dövlətin verdiyi dotasiyalar deyil, maşın və texnikanın, damazlıq heyvanların, hətta tinglərin alınmasına, çoxsaylı laboratoriyaların qurulmasına sərf olunan yüz milyonlarla manat dövlət vəsaiti aiddir. H.Əsədov qudası, sabiq nəqliyyat naziri Ziya Məmmədov vəzifəsini itirərkən öz postunu saxlaya bilmişdi. Hətta aqrar sektor üçün əlavə irihəcmli dövlət vəsaitlərinin ayrılması onun kreslosunda möhkəmləndiyi rəyi yaratmışdı.

İşdən çıxarılandan sonra Heydər Əsədov yalnız bir dəfə mediaya qəzəbli açıqlaması ilə yadda qalıb. “Mənə niyə zəng etmisiz. Mən hazırda məşğulam” deyərək açıqlama verməkdən yayıb.

Sabiq nazirin fəaliyyətinin yoxlanıb-yoxlanılmaması ilə bağlı dəqiq bilgi yoxdur. Yalnız o məlumdur ki, Hesablama Palatası bu ilin yanvar ayının 30-da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin dövlət büdcəsindən ayrılan vəsaitlərin və istifadəsinə dair hesabatı Milli Məclisə göndərib.



Yeri gəlmişkən, bu günlərdə deputat Vahid Əhmədov sabiq nazirlərin fəaliyyəti ilə bağlı danışarkən maraqlı mətləblərə toxunub. “Köhnə nazir vəzifədən gedən kimi başlayırlar onun üstünə düşməyə. Filan nazir beş milyard yedi, filan nazir iki milyard yedi, dağıtdı-tökdü... Həmin şəxslər nazir olan zaman Hesablama Palatası onun tabeliyində olan qurumu yoxlayıb. Maliyyə Nazirliyinin xüsusi müfəttişlər qrupu tərəfindən yoxlamalar aparılıb. Digər qurumları hələ demirəm. Əgər bu insanların günahı varsa, vaxtında cinayət məsuliyyətinə cəlb edin.



Onlar da cavab versinlər. Yoxsa 10-15 il nazir işləyəndən sonra vəzifəsini itirənlərin mətbuatda və sair yerlərdə üstünə düşülür ki, bu da anlaşılmır. Bunlara heç kim cavab vermək istəmir" deyən deputat Hesablama Palatasının fəaliyyətini gücləndirməyə çağırıb: “Hesab edirəm ki, Hesablama Palatasının dövlət büdcəsinə nəzarət mexanizmini gücləndirmək lazımdır”.

Xəbər 661 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.05.2018  12:09 

İranda zəlzələ olub

27.05.2018  11:37 

Kürdə suyun səviyyəsi artıb

27.05.2018  10:46 

Cəbhədən son xəbər

27.05.2018  10:08 

Bu yolda sürət həddi azaldıldı

26.05.2018  17:34 

Bu müəllimlərin maaşı artacaq

26.05.2018  15:18 

Həbsxanada yanğın: 9 uşaq öldü


BÜTÜN XƏBƏRLƏR +