Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


11.05.2018  10:16 

İrana qarşı SANKSİYALAR – Azərbaycanın xeyrinə imiş...





A+  A-

İrana qarşı sanksiyaların genişləndirilməsi neft bazarına gözlənilən təsirlərini göstərməkdədir. Neftin bir barelinin qiyməti son illər ilk dəfə olaraq 77 dolları keçdi. Azərbaycan neftinin bir barelinin qiyməti isə 80 dollarlıq psixoloji həddə yaxınlaşmaqdadır.
Bu barədə XəzərNews.az-a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, ABŞ prezidenti Donald Trampın son qərarı neft bazarına həm psixoloji, həm də iqtisadi təsirlər göstərir:

“Belə ki, ötən il 2.13 milyon barel gündəlik neft ixracatına malik olan İranın 2018-ci ilin növbəti aylarında “qara qızıl” nəqlini gündəlik 500 min barel azaltması təhlükəsi var. Bu iqtisadi baxımdan neftin hər barelində 6 dollar artım deməkdir. Gələn il sanksiyalar fondunda cənub qonşumuz dünya bazarına gündəlik daha 150 min barel az neft çıxara bilər. Bu isə neft bazarında təklifin hiss ediləcək səviyyədə azalması demək olacaq.

Səudiyyə Ərəbistanı ilə bir il öncə 110 milyard dollarlıq silah alveri imzalayan ABŞ administrasiyası neftin dünya bazar qiymətinin yüksəlməsini əvvəlki kimi həssaslıqla qarşılamır. Yüksək qiymətlər Ağ Evin Yaxın Şərqdəki silah alıcıları olan müttəfiqlərinin də gəlirlərini artırır. Səudiyyə Ərəbistanı üçün neftin bir barelinin qiymətinin 85 dollar olmasının məqbul hədd sayıldığını nəzərə aldıqda hazırkı qiymət Ər-Riyadın maraqlarına tam uyğun gəlir”.

V.Bayramov deyib ki, İrana tətbiq edilən sanksiyalar Azərbaycana birbaşa və dolayı təsirləri baxımdan da qiymətləndirilməlidir:

“Çünki neftin dünya bazar qiymətinin yüksəlməsi Azərbaycana daxil olan valyutanın həcminin artmasına gətirib çıxarır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) hesablamarına görə, neftin 2018-ci ildə bir barelinin orta qiyməti 70 dollar olarsa o zaman Azərbaycan əlavə olaraq 4,282 milyard manat, 75 dollar olarsa isə 5,139 milyard manat gəlir əldə edəcək. Bu isə ölkənin daxil olmalarının artması baxımdan vacibdir.

Bununla yanaşı, sanksiyaların İran ilə əlaqələrimizə təsir göstərəcəyi gözlənilir. Belə ki, artıq əksər Azərbaycan bankları İran şirkətlərinə pul köçürmələrini dayandırıblar. Sanksiyalar birgə layihələrin də reallaşmasına mənfi təsir göstərə bilər. Bununla yanaşı, sanksiyaların digər ölkələrə təsirləri Avropa Birliyinin mövqeyindən asılı olacaq. Qədim qitə Trampın son addımını dəstəkləməməkdə davam edərsə o zaman yeni sanksiyalar İran ilə iqtisadi əlaqələrimizə daha az təsir göstərəcək”.

Qeyd edək ki, Donald Tramp ABŞ-ın “altılıq” ölkələri ilə (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa + Almaniya) İran arasında bağlanmış sazişdən çıxdığını bəyan edib.

Bundan sonra ABŞ-ın İrana qarşı sanksiyaları gücləndiriləcəyi gözlənilir.

Xəbər 1070 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +