İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


10.05.2018  10:57 

“Generalın arvadı məndən 35 min pul istəyir”





A+  A-

Bakı şəhər sakini Gülnarə Səfərova “K.aan” modalar evinin rəhbəri Könül Abduyevadan şikayətçidir.
XəzərNews.az bildirir ki, o, bununla bağlı “Qafqazinfo”ya müraciət edib.

G. Səfərova qeyd edib ki, 2016- cı ildə K. Abduyevanın dəvəti ilə sözügedən moda evinə paltarbiçən kimi dəvət olunub:

“Orada dizayner yoldaşımla bərabər 2017- ci ilin avqust ayına qədər işlədik. Avqust ayında mübahisə yarandı və biz işdən çıxmalı olduq. İşlə bağlı məsələ deyildi, təhqir olunmuş vəziyyətdə qalmamaq üçün işdən çıxdıq.

Könül Abduyeva bizə maaş verməyəcəyini söylədi. Bizi general həyat yoldaşı ilə hədələyib başımıza iş açacağını söylədi. Dedi ki, kimə istəyirsinizsə şikayət edin. İndi kimə arxalanırsansa, hamını öldürmək, güllələmək lazımdır?

Belə olan halda biçdiyim parçanın lekallarını söküb zibil vedrəsinə atdım. Çünki o mənim ideyam idi və bezin metrəsinin 2 manat qiyməti var.

Bir müddət sonra o, məni polisə şikayət edib həmin lekallara görə 35 min manat pul tələb etdi. İndi məsələ Səbail rayon Polis İdarəsində istintaqdadır. Məni də bir neçə dəfə polis bölməsinə çağırıblar. İzahat vermişəm, demişəm ki, parça ilə bağlı ekspertiza aparın, yaxud işi məhkəməyə verin”.

Gülnarə Səfərova



G. Səfərova qeyd edib ki, həmin müddət ərzində rəsmi əmək müqaviləsi əsasında işə götürülməyib: “Belə hal təkcə mənim yox, digər işçilərin də başına gəlib. Bizi qeyri-qanuni işlədib maaşımızı vermədiyinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət etdik. Orada işlədiyim müddət ərzində modalar evindən bircə dəfə satış həyata keçirilməyib. Amma bütün işçilər yüksək maaş alırdı. Orada 15-ə yaxın işçi çalışırdı. Mən özüm 2000, yoldaşım isə 3000 manat maaş alırdı. Hazırda bizim 5000 manat pulumuzu ödəməlidirlər.

Moda evi isə rəsmi olaraq onun evində qulluqçu işləyən İlhamə Bağırovanın adınadır. Polisə şikayət də İlhamə Bağırovanın adından edilib”.

Qeyd edək ki, K. Abduyeva bu günlərdə “dərman mafiyası”na görə işdən qovulan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general-mayor Sadiq Abduyevun həyat yoldaşıdır.

Xəbər 1269 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +