Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


09.05.2018  18:06 

“Əbülfəz Elçibəy qəlbən yaxşı insan idi” — YAP İdarə Heyətinin üzvü





A+  A-

“Nikol Paşinyan ağıllı, düşünən siyasətçi deyil. Sadəcə olaraq, o, ermənilərin narazılığından istifadə edərək hakimiyyətə gəlməyə nail olub”.
Bu fikirləri “Ölkə.Az”a açıqlamasında Yeni Azərbaycan Pariyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisinin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə bildirib.

A.Rəhimzadə deyib ki, hazırda erməni xalqı zəhərlənib:

“Ermənilərin içərisində Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyulması ilə bağlı real düşünən insan çox azdır. Nikol Paşinyanın sonu necə olacaq, indidən heç bir fikir bildirə bilmərəm. Ancaq Nikol Paşinyanın hərəkətləri mənə 1990-cu ildəki Azərbaycanı xatırladır. Onun real düşünən adam olduğuna inanmıram”.
Bəzi siyasətçilərin Nikol Paşinyanı mərhum prezident Əbülfəz Elçibəyə bənzətməsi məsələsinə də toxunan komitə sədri qeyd edib ki, bu cür bənzətmələr düzgün deyil:

“Əbülfəz Elçibəy qəlbən yaxşı insan idi. Ancaq siyasi bacarığı, iradəsi və təcrübəsi yox idi. Ona görə də Əbülfəz Elçibəylə Nikol Paşinyanı qəti müqayisə etmək olmaz. Çünki Əbülfəz Elçibəyin ali təhsili vardı, yüksək savadlı mütəxəssis idi. Ancaq Nikol Paşinyanın ali təhsili belə yoxdur. Sadəcə olaraq Paşinyan narazı erməni xalqının hesabına hakimiyyətə gələ bildi”.

A.Rəhimzadə əlavə edib ki, səriştəli dövlət idarəçiliyinə görə Ulu Öndər Heydər Əliyev Azərbaycanın çoxəsrlik tarixində yeganə şəxsiyyətlərdən biridir:
“Bəlkə də o, birincisidir. Çünki Azərbaycan problemlərini Heydər Əliyev kimi dərindən bilən və onları həll etməyə qadir olan ikinci insanı tanımıram. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin və azərbaycançılıq ideyasının yaradıcısıdır. Onun yaratdığı təməl üzərində biz indi inkişaf edirik”.

Xəbər 3899 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +