Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


08.05.2018  12:18 

Körpələr evinin baş həkimi işdən çıxarıldı - Qalmaqallı videoya görə





A+  A-

Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evi ətrafında yaranan qalmaqaldan sonra müsəssisənin baş həkimi Nəhayət Əliyeva işindən kənarlaşdırılıb.
XəzərNews.az BAKU.WS-ə istinadən xəbər verir ki, körpələr evi ətrafında yaranan qalmaqallı hadisədən sonra baş həkim işdən çıxarılıb və onun səlahiyyətlərini müvəqqəti olaraq müavini icra edir.

Sayt məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Bildiriblər ki, baş verən hadisə ilə bağlı araşdırmalara başlanılıb. Araşdırmalar aparıldığı müddətdə Nəhayət Əliyeva vəzifəsindən kənar qalacaq.

Qeyd edək ki, bir qədər əvvəl müğənni Rəqsanənin qızı Aysun 1 saylı körpələr evindən qidaların oğurlandığı iddiası ilə çəkdiyi görüntüləri sosial şəbəkədə yaymışdı. Videoda körpələr evinin işçilərinin valideyin himayəsindən məhrum olan uşaqların qaldığı binanın girişindən böyük ağ torbalarla Prado markalı maşına daşındığı əks olunurdu.

VİDEO

Xəbər 3946 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +