Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


02.05.2018  12:34 

Bərdə xəstəxanası morqa çevirib: Daha bir ölüm, daha bir faciə və...





A+  A-

Bərdədə sahibsiz iti vurmağa çalışan şəxs ev sahibinin qardaşını ehtiyatsızlıqdan güllələyib. Hadisənin dəhşətli tərəfi odur ki, yaralanan şəxs həyatını itirib.
Hümbətov Asif Nəsib oğlu Nurəliyev Fərman Məhəmmədəli oğlunun həyətinə girən sahibsiz iti ov tüfəngi ilə vurmaq istəyib.

Ehtiyatsızlıq nəticəsində güllə ev sahibinin qardaşı Nurəliyev Azər Məhəmmədəli oğlunun ayağına dəyib.

47 yaşlı yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Sonra ona ixtisaslı yardım göstərilməsi üçün Gəncə şəhərinə yola salınıb. Lakin zərərçəkən yolda həyatını itirib.

Bu faciənin birinci günahkarı ehtiyatsızlıq edən A.Hümbətovdursa, əsas günahkar Bərdə MRX-dır.

Xəstəxanada ixtisaslı yardım göstərilməsi üçün xidmətin olmaması onun dünyasını dəyişməsinə səbəb olub.

Prezident İlham Əliyev tərəfindən maliyyə ayrılıb, Bərdə MRX ən yüksək səviyyədə təmir olunub, vətəndaşların istifadəsinə təhvil verilib.

Ancaq baş həkim Rəna Mustafayevanın başçılığı altında insan tələfatına səbəb olan Bərdə səhiyyəsi bərbad gündədir.

Qarabağ zonasının əhəmiyyətli bölgəsi olan Bərdə rayonunda səhiyyə ən yüksək səviyyədə təşkil olunmalıdır.

Ancaq yaralı şəxsə xidmət göstərilmir və Gəncəyə aparmalı olurlar. Yolda ölür. Əgər Bərdə xəstəxanasında yardım göstərilsəydi, onu həyata qaytarmaq olardı.

Sual yaranır ki, niyə xəstəxanada ixtisaslı xidmət yoxdur? R.Mustafayeva nə vaxta qədər anaş-uşaq, insan tələfatına səbəb olacaq idarəçiliyi davam etdirəcək?

Səhiyyə naziri Oqtay Şirəliyev Bərdə səhiyyəsindəki biabırçılıqlara, acınacaqlı vəziyyətə, xəstəxananın morqa çevrilməsinə heç bir reaksiya vermir.

Bərdə sakini qonşusunu ehtiyatsızlıqdan vurursa, həkimlər ehtiyatsızlıq edərək həyatına son qoyurlar.

XəzərNews.az FİA.Az-a istinadən xəbər verir ki, əgər yaralı Bərdə RMX-da müalicə olunsaydı həyatını itirməzdi. Ancaq görün nə vəziyyətdir, hansı acınacaqlı şəraitdirsə, xəstəni Gəncəyə aparırlar.

Bərdədən Gəncəyə isə azı 30-40 dəqiqə fərq var və yolda Bərdə səhiyyəsinin ucbatından bir insan dünya ilə vidalaşır.



Rayon sakinləri isə sosial şəbəkələrdə yazırlar ki, R.Mustafayeva xəstəxanada gestapo şəraiti yaradıb.

Şəkər xəstələrinə dərman vermir, pulsuz müayinə etmir, palatalarda xəstələrə yemək verilmir, ondan nazir Oqtay Şirəliyevə şikayət edəcəklərini deyəndə gülür. Deyir ki, “naziri tapsanız mənə də xəbər edin”.

İşçilər xəstəxanada kimsəni saymırlar. Qayda-qanun yoxdur. Üstəlik, baş həkimin də maraqları mütləq təmin olunmalıdır.

Rəfael Mustafayevin rəhbəri olduğu xəstəxanada tibb bacıları xəstələrə iynə vurmaq, uşaq tutmaq, onların tualetə getməsini təmin etmək adları altında xəstələrdən pul tələb edirlər. Bu barədə edilən şikayətlərə əhəmiyyət verən olmur.

Araşdırmalar nəticəsində öyrənik ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasında əlini cibinə salmayan xəstənin üzünə belə baxan yoxdur. Belə ki, həkimlər onların "tələb"ləri ilə razılaşmayan pasiyentlərə yaxın getmirlər.

Baş həkim xəstəxanadakı tibbi ləvazimatları, ərzaqları Vaqif adlı şəxsin əli ilə satır. Ona görə də ixtisaslı yardımdan söhbət gedə bilməz və yaralını Gəncəyə yola salıblar.

O.Şirəliyev Azərbaycan səhiyyəsini o günə qoyub ki, heç bir şikayətin mənası qalmayıb. Nazir müraciətlərə baxmadıqdan sonra yerli şöbələrdən həssaslıq gözləmək mənasızdır.

Xəbər 3995 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +