Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


30.04.2018  11:57 

Paşinyan Qarabağ taktikasını açıqladı: “Azərbaycanı məcbur etmək lazımdır ki...”





A+  A-

Ermənistanda “Mənim addımım” etiraz hərəkatının lideri, sabah parlamentdə baş nazir postuna seçiləcəyi gözlənilən Nikol Paşinyan son hadisələr ərzində ilk dəfə Qarabağa dair mövqeyinin nədən ibarət olduğunu açıqlayıb.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, Nikol Paşinyan əvvəlcə Azərbaycanı danışıqlarda "konstruktiv məcraya qayıtmağa məcbur etməyin vacibliyini" vurğulayıb.

Paşinyan əmindir ki, Bakıda tez-tez “İrəvanın qaytarılması” haqda bəyanatların səsləndiyi bir vaxtda effektiv danışıqlar aparmaq mümkün deyil.

“Azərbaycan qeyri-konstruktiv, aqressiv mövqe nümayiş etdirir. Bizim vəzifəmiz ordunu möhkəmləndirmək, döyüş hazırlığını artımaqdır. Bu Azərbaycanı konstruktiv məcraya qaytarmağın yoludur” - Paşinyan parlamentdə jurnalistlərə bildirib.

Nikol əlavə edib ki, Ermənistanın təhlükəsizliyi onun üçün prioritetdir. Onun fikrincə Ermənistanda baş verən son hadisələr ordunun və xalqın döyüş ruhunu yüksəldib. “Biz Qarabağı tam dəstəkləyirik və baş nazir seçiləcəyim təqdidə ilk addımım təmas xəttində operativ vəziyyətlə tanış olmaqdan ibarət olacaq” - Paşinyan deyib.

Nikol Paşinyana görə Minsk Qrupunun həmsədrləri də Bakının “aqressiv ritorikasını dayandırmaq və onu danışıqlar çərçivəsinə qaytarmaq” üçün səylər göstərməlidir. Orduda kadr məsələlərinə gəldikdə isə Paşinyan bu haqda ancaq müvafiq səlahiyyətlər alandan sonra danışa biləcəyini bildirib. O, müdafiə nazirinin dəyişdirilməsinin mümkünlüyünə dair suala cavab verməyib.

Paşinyanın bu bəyanatları göstərir ki, Ermənistandakı hakimiyyət dəyişikliyindən Qarabağ münaqişəsinin nizamlanması baxımından müsbət nəsə gözləməyə dəyməz. Hansı ki, Paşinyan məhz Qarabağ münaqişəsinin həll edilməməsindən yaranan ağır sosial-iqtisadi situasiya sayəsində Serj Sərkisyanı devirib və hakimiyyətə gəlmək üzrədir.

Bu arada Ermənistan prezidenti Armen Sərkisyan ümid edir ki, onun ölkəsindəki mürəkkəb siyasi vəziyyət dövründə Qarabağda “təxribatlar olmayacaq”.

“Mən bu mürəkkəb dövrdə heç bir təxribat, Dağlıq Qarabağda münaqişənin alovlanmaması üçün hamını, hansı ki, bu dünyada heç kimin qarantiyası yoxdur, təmkinli olmağa çağırıram” - Sərkisyan Belarus KİV-lərinə bildirib. Ermənistan prezidenti deyib ki, indi Qarabağda müharibənin vaxtı deyil.

Xəbər 1862 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +