6 abituriyent və 1 nəzarətçi... - İmtahandan qovuldu
Dişin ağrıyır, deyir ki, get qan analizi ver - Aparıcı
Azərbaycan Antalyadan belə geri qalır - Ekspert
Şairə Nigar Həsənzadənin poeziya axşamı keçirilib
Mülk sahibinin xəbəri olmadan sökülüb
Rüfət Səfərovun həbs müddəti uzadıldı
“Georgi lenti“li Saleh Səmədov həbs edilib
Sabah 31-36° isti olacaq
Qardaş bacısının boğazını kəsdi
Son 24 saat: Ruslar 1250 əsgər itirib


26.04.2018  14:54 

Azərbaycanda yeni internet TV fəaliyyətə başladı





A+  A-

Azərbaycanda yeni internet TV fəaliyyətə başlayıb.
Bu barədə XəzərNews.az-a TV-nin yaradıcısı Elgün Həbibov məlumat verib. Onun sözlərinə görə, “Sağlam” TV adlanan TV-nin məqsədi gələcəkdə həkimlərlə xəstələri bir araya gətirmək, ikincilərin suallarını, onları narahat edən problemlərə aid məsələləri cavablandırmaqdır: “Bizim gələcək hədəfimiz böyükdür. İstəyirik ki, istifadəçilər istənilən vaxt həkimlə əlaqə yarada, ona sual verə bilsin. Bununla da xəstələrə onlayn həkim yardımı təşkil edək, yəni bir növ virtual xəstəxana yaratmaq niyyətindəyik. İddia etmirik ki, virtual formada dəqiq diaqnoz qoyulacaq və müalicə yazılacaq, sadəcə xəstələrin diaqnostikaya düzgün yönləndirilməsinin təşkili olacaq sayt vasitəsilə. Hər gün 3-5 həkim canlı olaraq iş başında olacaq, danışacaq, müxtəlif xəstəliklər haqda maarifləndirici söhbətlər aparacaq, eyni zamanda istifadəçilərin suallarını canlı cavablandıracaq”.
E.Həbibovun sözlərinə görə, www.saglam.tv saytı ilk olaraq informativ xarakterli məqalələrlə təchiz edilib: “Xəstəliklər, onların mümkün müalicə üsulları və s. ilə bağlı xəbərlər yerləşdirilib. Eyni zamanda bir neçə həkim var ki, sualları cavablandırır. Hələlik biz sualları toplayıb həkimlərə veririk onlardan da cavabı alıb istifadəçilərə ötürürük. Lakin bütün işlər yekunlaşandan sonra hər bir həkimin özünün ayrıca hesabı olacaq və sualları birbaşa mütəxəssislər özləri cavablandıracaqlar. Yaxın 10 gün ərzində həkimlərlə canlı yayıma start verməyə hazırlaşırıq. Hələlik tam fəaliyyətə başlamamışıq, lakin gün ərzində minlərlə giriş olur, təxminən 200-300 sual ünvanlanır. Məsələn, mən hazırda sizinlə danışan ərəfədə iki maraqlı sual daxil olub: 1. 6 aylıq uşağın əmgəyinin bağlanması hansı fəsadlara səbəb ola bilər? 2. Çox xahiş edirəm, qanqal tumunun insana nə dərəcədə xeyirli olduğunu bildirəsiniz. Bu cür suallar yüzlərlə gəlir və ən geci 30 dəqiqə ərzində cavablandırılır. Lakin düşünürük ki, 30 dəqiqə çox gecdir və suallar mümkün qədər canlı cavablandırılsa daha effektli olar”.

Xəbər 1670 dəfə oxunub.




01.06.2025  14:54 

Saleh Səmədovu DTX həbs edib?

31.05.2025  13:13 

Sabah 31-36° isti olacaq

30.05.2025  15:47 

Zelenski Hakan Fidanı qəbul edib

30.05.2025  13:29 

Hakan Fidan Kiyevə səfər edib

30.05.2025  12:28 

Sabah 36 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +