AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


25.04.2018  10:54 

Nazim İbrahimovun müavini üçün də yolun sonu göründü – Fotolar





A+  A-

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Ramin Məmmədov üçün də yolun sonu göründü, onun ətrafında qalmaqal böyüməkdədir.
XəzərNews.az xəbər verir ki, Ramin Məmmədov Nazim İbraimovun oğlunun çox yaxın dostudur. Hələ bir neçə il əvvəl oğul İbrahimovun təkidli xahişi ilə Nazim İbrahimov Ramin Məmmədovu 2012-ci ilin martın 12-də Dünya Azərbaycanlı Gənclər Təşkilatının sədri vəzifəsinə seçdirir. Beləliklə, diaspora ayrılan pullar Ramin Məmmədovun iştirakı ilə oğul İbrahimovun Avropa turnelərinə xərclənir. Hətta oğul İbrahimovla Ramin Məmmədov bu turnelərə özəl təyyarələrlə çıxırlar. Onların bir yerdə, İbraimovlara məxsus olduğu bildirilən şəxsi təyyarədə fotoları da var. Həmin fotonu Ramin Məmmədov bir neçə il əvvəl İnstaqram səhifəsində özü paylaşıb.
Ramin Məmmədovla bağlı başqa bir problem isə komitənin Avropa və Asiya ölkələrindəki diaspora qrumları ilə işin təşkilinə birbaşa onun kurasiyasında olmasıdır.

Afn.az saytı yazır ki, o, Avropa və Asiya ölkələrində diaspora işinin təşkili ilə məşğul olmaq əvəzinə özü üçün biznes qurmaqla məşğul olub. Elə bunun nəticəsidir ki, Avropadakı söyüş müxalifəti meydana çıxıb.



Daxil olan məlumatda iddia edilir ki, R.Məmmədov Avrpa və Asiya ölkələrində Azərbaycan diasporası ilə yaxından-uzaqdan bağlılığı olmayan adamlardan müxtəlif miqdarda pullar alaraq onların adını Azərbaycan dövlətinin müxtəlif medallları ilə təltif edilən şəxslərin siyahılarına belə saldıra bilib. Bu iddianın nə qədər gerçək olduğun deyə bilməsək də, ümid edirik ki, gələcəkdə bu istiqamətdə araşdırmalar aparılacaq. Ramin Məmmədovla bağlı daxil olan məlumatda o da iddia edilir ki, bu şəxsin Bakıda və Avropa ölkələrində müxtəlif mağazaları fəaliyyət göstərir: "Maraqlıdır, görəsən, aylıq dövlət qulluqcusu kimi əməkhaqqı bəlli olan biri necə və hansı vəsaitlərlə belə brend mağazalara sahib olub? Yəqin ki, dövlətin müxtəlif qrumları Ramin Məmmədovun bu sahədəki "sıçırayışı”nı araşdırar".

Məlumata görə, Ramin Məmmədovun biznes qurduğu Avropa ölkələrindəki söyüş müxalifəti artıq neçə aylardır Azərbaycan dövlətini, ölkəmizin prezidnetini və ailəsini, eyni zamanda digər müxtəlif dövlət adamlarını və ailələrini hədəf alaraq söyüş və təhqir yağdırmaqdadır. İddiya görə, məhz bu qüvvələri güya susdurmaq üçün Ramin Məmmədovun dövlətdən əlavə vəsait alsa da, bu pullar belə diaspora vasitələrinin inkişafına və həmin şəxslərin susdurulmasına sərf edilməyib: "Maraqlıdır, o zaman bu vəsaitlər hara xərclənib? Yəqin ki, Ramin Məmmədov nəzarətində olan sahəyə ayrılan vəsaitlərin hara və necə xərclənməsi ilə bağlı məşəl ayağına çəkiləcək və komitənin yeni sədri Fuad Muradova hesabat verməli olacaq".

Xəbər 3267 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +