İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


23.04.2018  10:37 

Şirvanın 13 illik başçısı dövlət büdcəsini talan edir?





A+  A-

Şirvan şəhər icra başçısı, müdafiə sənayesi nazirinin qardaşı Mərdan Camalov barəsində yeni ittihamlar meydana çıxıb.
Bu postda olmasının 13 ili ərəfəsində Camalovun adı müxtəlif qalmaqallara qarışıb.

XəzərNews.az-ın məlumatına görə, Şirvandan bir qrup sakin azeuronews.com-a yazırb ki, təkcə son 1 ildə Şirvan xəstəxanasının baş həkimi Fərhad Səfərovla Mərdan Camalovun ciddi konfliktini qeyd etmək yetər.

Baş həkim Mərdan Camalova aylıq ödənişin əvvəlik illərə nisbətən azaldığını deyəndə müharibə alovlanmışdı.

Baş həkim komaya düşüb Bakıya xəstəxanaya yerləşdirilsə də, Mərdan Camalov gecə yarısı xəstəxanaya gedib palatalarda xəstələri saymağa başlamışdı.

M.Camalovun ən sonuncu konflikti yarandığı məmur isə Əlillərin Bərpa Mərkəzinin müdiri Könül Abbasovadır.

Saytlar yazır ki, Könül Abbasovanı əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov mərkəzə müdir təyin edib və Mərdan Camalovdan razılıq alınmayıb.

Ona görə də Mərdan Camalov Könül Abbasovanı nəinki qəbul etmir, hətta işləməsinə mane olur.

Mərdan Camalovun 200 min manatlıq qazancı 3 min metr “Azəriqaz”ın balansında olan iri diametrli borunun doğranaraq satılması olub.

“Azəriqaz”ın rəhbərliyi 3 min metr borularının oğurlanması barədə Şirvan polis şöbəsinə rəsmi şikayət ərizəsi verib.

Şirvanın dağ üstündə olan ərazisindən sovet vaxtından qalmış çox iri diametrli, nadir tapıntı hesab edilən borular da tamahın qurbanı olublar.

Alver bununla bitməyib. Sabirin beton zavoduna gedən və sovet vaxtı çəkilən dəmir yolunun reysləri də çıxarılaraq aparılıb.

Seçkidən sonra M.Camalov vəzifəsindən uzaqlaşdırıla bilər. Nazir qardaşı onu himayə etsə də, Şirvandakı əməlləri yerini dəyişməyi zəruri edib.

Onun başqa bölgəyə icra başçısı təyin olunması gözləniləndir. Əslində, Yasamalın icra hakimi olmaq uğrunda çarpışsa da, Camalovlar istəyinə nail ola bilmədilər.

Bir müddət əvvəl prezident icra başçılarına xəbərdarlıq etmişdi, özbaşınalığa yol verməməyə çağırmışdı.

Amma dövlət başçısının konfransından çox keçməmiş M.Camalov Şirvanın baş həkimi Fərhad Səfərovu komaya salması və onun yerinə öz adamını gətirməsi ilə dillərdə dastan oldu.

İcra başçısının qalmaqalla diqqət mərkəzinə düşməsi, prezidentin tapşırıqlarına zidd əməli ilə gündəmə gəlməsi və pensiya yaşına çatması üst-üstə düşür ki, vəzifəsindən uzaqlaşdırılsın.

M.Camalovun adı 2015-ci ildən qalmaqallarda hallanır. 2011-ci ilin iyul ayında Şirvan Telekomnukasiya Qovşağından qiymətli metallardan ibarət qiyməti 500 min manata olan avadanlıqlar çıxarılaraq aparılıb.

Bundan xəbər Mərdan Camalov o vaxt Şirvan polis şöbəsinin rəisi işləyən Azər Muradova göstəriş verərək qiymətli avadanlığı aparan yük maşınını tutdurub.

Qovşağın rəisi Rəhman Məmmədov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin o vaxtkı aparat rəhbəri, MTN işi üzrə həbs olunan Vidadi Zeynalova məruzə edib. V.Zeynalov Şirvanın icra başçısına telefon açaraq çıxarılan avadanlıqların onun olduğunu bildirib.

V.Zeynalov M.Camalova 100 min manat göndərib və polis rəisi ilə bölüşdürüblər. Ondan sonra avadanlıq polisdən çıxarılaraq Bakıya yola salınıb. Bu haqda istiqlal.az o zaman yazıb.

Bütün bu nüanslar olduqca maraqlıdır. Xüsusən də Camalovun YAP-a 4 il sonra üzv olması... Biz isə hörmətli icra başçısından müsahibə almağa və fikirlərini ətraflı dərc etməyə hazırıq.

Xəbər 1946 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +