Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb
“Çin Azərbaycanın mühüm ticarət tərəfdaşıdır“


19.04.2018  10:06 

Türkiyədəki erkən seçkilərin 3 SƏBƏBİ...





A+  A-

Siyasi ekspert Şahin Cəfərli Türkiyənin erkən prezident və parlament seçkilərinə getməsi ilə bağlı qərarını şərh edib.
XəzərNews.az xəbər verir ki, o bu barədə sosial şəbəkədə yazıb. O qeyd edib ki, erkən seçimin 3 səbəbi var:

Birinci səbəb iqtisadi böhranla əlaqədardır. İnflyasiya, işsizlik faizləri ikirəqəmli səviyyəyə yüksəlib, iş yerləri bağlanır. Bu ilin ilk 2 ayında 20 mindən çox əsnaf (kiçik və orta sahibkar) iflas edib, son 4 ildə iflas edən əsnaf sayı isə 430 min nəfərdən çoxdur. 2017-ci ilin yekunlarına əsasən 332 mindən çox ticarət obyekti (onların KOBİ dediyi kiçik və orta ölçülü işlətmələr) kredit borcunu ödəyə bilməyərək icralıq olub. Ümumilikdə məhkəmələrdə problemli kreditlərlə bağlı 26 milyon dosye var.

Türk lirəsi hər gün dəyər itirir və bu da öz növbəsində əhalinin gəlirlərinin əriməsi, alıcılıq qabiliyyətinin aşağı düşməsi deməkdir. Türkiyənin 460 milyard dollar civarında toplam xarici borcu var və bunun 185 milyard dolları bu il ərzində ödənməlidir.

Xarici ticarət kəsiri rekord həddə çatıb və bunun da maliyyələşdirilməsi üçün vəsait tələb olunur. Yeni borclanma olmadan köhnə borcları ödəmək və büdcə kəsirini yamamaq imkansız görünür. Ölkədən ciddi miqdarda kapital çıxışı var.

Açıq görünür ki, böhran dərinləşərək davam edəcək. İqtidarın müttəfiqi olan Bahçeli dünən açıq söylədi ki, Türkiyənin seçkilərin normal vaxtına – 2019-cu ilin noyabrına qədər davam gətirməsi mümkün deyil. Ona görə də, Ərdoğana sərf edirdi ki, vəziyyət daha da pisləşmədən, ən qısa müddətdə seçki keçirib, daha 5 il müddətinə iqtidarını qorusun.

İkinci səbəb, prezident və parlament seçkilərinin 31 mart 2019-cu il bələdiyyə seçkilərindən sonra keçirilməsinin iqtidar üçün daşıdığı risklərlə bağlıdır. Bələdiyyə seçkilərinə AKP ilə MHP ayrı-ayrılıqda gedəcək, yəni rəqib olacaqlar. Bu isə yerlərdə iki partiyanın namizədləri, fəalları arasında gərginlik yaradacaq.

Üçüncü səbəb, İyi Parti amili ilə bağlıdır. MHP əriməyə davam edir və aydındır ki, 2019-cu ilin noyabrına qədər bu partiya indikindən yaxşı durumda olmayacaq. AKP ilə ittifaqa girdiyi üçün 10 faizlik minimum həddin altında qalsa belə, MHP üçün parlamentə düşmək problemi yoxdur, lakin ittifaqda olan partiyaların adları bülletendə ayrı yazılacaq və əgər MHP 7%-dən az səs alarsa, dövlət yardımından

Xəbər 1084 dəfə oxunub.




28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub

28.03.2024  01:25 

Oleq Babuyev vəfat edib

28.03.2024  00:05 

Namiq Abbasov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +