AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


11.04.2018  09:17 

“Azərbaycana qarşı müəyyən siyasətlər aparılır” - Mədət Quliyev





A+  A-

“Azərbaycanın içində heç bir təhlükə, təhdid yoxdur. Sadəcə kənardan Azərbaycana qarşı iradələr var, müəyyən siyasətlər aparılır”.
XəzərNews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səsvermə prosesində iştirak edən Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev deyib. O bildirib ki, hazırda Azərbaycan dünyanın ən təhlükəsiz dövlətlərindən biridir:

“Biz xoşbəxt adamlarıq ki, ulu öndər 1993-cü ildə xalqımızın iradəsi, tələbi ilə Azərbaycana qayıtdı, ölkəyə rəhbərlik elədi. Mənim yaxşı yadımdadır ki, 1988-1993-cü illərdə -proseslərdə aktiv iştirak edirdik. Azərbaycanda hərc-mərclik idi, cinayətkarlıq pik nöqtəyə çatmışdı. Heydər Əliyevin siyasəti ilə bu nöqsanlar aradan qaldırıldı.

Azərbaycan dünyada tanınır, möhtərəm prezidentimiz 9 aprel tarixində hökumətin iclasında öz fikirlərini dedi, proqramını açıqladı. Bilirsiniz ki, verilən vədlərin hamısı yerinə yetirilib. Yəqin ki, özünüz də ayrı-ayrı dövlətlərə gedirsiniz, ölkəmiz dünyada tanınır. Siz gənclər də artıq 25 il bundan əvvəlki gənclər deyilsiniz, daha aktivsiniz, müasirsiniz. Bu hamısı ulu öndərin təməlini qoyduğu siyasətin nəticəsidir. Mən sizi də bu gün münasibəti ilə təbrik edirəm . İnsanlar gəlib istədikləri adamlara səs verirlər”.

Xəbər 1143 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +