“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


10.04.2018  12:42 

Media rəhbərlərindən jurnalistin döyülməsinə SƏRT MÜNASİBƏT





A+  A-

Xəbər verdiyimiz kimi, dünən səhiyyə naziri Oqtay Şirəliyevin göstərişi ilə əməkdaşımız Famil Fərhadoğlu (İbrahimov) döyülüb. Hadisə səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfn mərasimində baş verib. Belə ki, Yasamal qəbiristanlığında mərhumun dəfn mərasimini lentə alan əməkdaşımız Famil Fərhadoğlu nazirin işçilərinin hücumuna məruz qalıb. Əməkdaşımız üz və qol nahiyyəsindən xəsarət alıb. Həmçinin, mobil telefonu əlindən alınaraq, sındırılıb. Hadisə ilə bağlı KİV-lərdə xəbər yayımlandıqdan sonra Səhiyyə Nazirliyi dərhal açıqlama verib. Nazirlik baş verənləri üzərindən ataraq, hadisənin mərhum nazir müavininin qohumları tərəfindən törədildiyini bildirib.
XəzərNews.az-ın məlumatına görə, Unikal.org-un əməkdaşına qarşı törədilən cinayət hadisəsi ilə bağlı media kapitanlarının mövqeyi kəskin olub. Bildirilib ki, jurnalistə qarşı qeyri-etik hərəkət edən şəxs, qanun qarşısında cavab verməlidir.

Baş verən hadisəyə ilk olaraq "Unikal Media Qrup”un rəhbəri Asəf Rzayev münasibət bildirib.



"Əməkdaşımıza qarşı törədilən bu addımı cinayət hesab edirəm. Azad və demokratik ölkədə jurnalistin döyülməsi yolverilməzdir. Jurnalistə əl qaldırmaq azad sözü boğmaqdır, hörmətsizlikdir. Jurnalist Famil Fərhadoğlunun peşə fəaliyyətini icra edərkən fiziki təzyiqlərə məruz qalması ciddi araşdırılmalıdır. Həmin şəxsi cəzalandırmaq lazımdır ki, sabah başqa jurnalistə də zərbə dəyməsin. Prezidentin dostu hesab etdiyi jurnalistlərə qarşı bu cür münasibət sərgiləmək yanlışdır. Cənab İlham Əliyev hər zaman jurnalistlərin yanında olduğunu, onları özünə köməkçi hesab etdiyini bəyan edib. Amma səhiyyə naziri Oqtay Şirəliyev öz adamlarına jurnalisti döydürür. Əminəm ki, nazir jurnalistin zərərəsizləşdirilməsi ilə bağlı göstəriş verməsəydi, heç kəs bu addımı atmazdır. Odur ki, əməkdaşımızın döyülməsini söz və mətbuat azadlığına təzyiq kimi qiymətləndirirəm və təqsirkarların təcili cəzalandırılmasını istəyirəm”.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli:



"Unikal.org-un əməkdaşı Famil Fərhadoğlu peşə fəaliyyətini yerinə yetirərkən təzyiqə məruz qalıb, təhqir olunub, əmək alətləri sındırılıb. Jurnalist insidenti törədənlərin Səhiyyə Nazirliyinin əməkdaşları olduqlarını bildirir. Bir müddət öncə isə, Modern.az saytının əməkdaşı AMEA-nın Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov tərəfindən təhqir edilmişdi. "Akademik" təkcə Modern.az-ın əməkdaşını təhqir etməmişdi, həm də bütövlükdə Azərbaycan jurnalistlərinin ünvanına layiqsiz ifadələr işlətmişdi. Başqa bir məsələ də var. Bir jurnalist həmkarımızın işi məhkəmədədir. O, müdafiəsinə yardım göstərmək üçün bizə-Jurnalistlərin Həmkarlar İttifaqına (JuHİ) müraciət edib. Araşdırdıq, yardım etməyə çalışdıq.Proses yekunlaşmaq üzrədir, iddiaçı öz ərizəsini geri götürüb, barışıq da olub, amma "bəzi kənar məmurlar" əl çəkmirlər, jurnalistlə aralarında olan köhnə "hesabı çürütmək" üçün məhkəmə prossinin yenidən aktivləşdirilməsində təkid edirlər”.

Mətbuat Şurasının idarə heyətinin üzvü, "Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu:



"Jurnalistin döyülməsi ölkəni biabır edən hərəkətdir. Öz peşə fəaliyyətini icra edən həmkarımıza qarşı bu cür münasibət göstərilməsi yolverilməzdir. Eyni zamanda, bunun ölkənin yüksək rütbəli məmurlarının göstərişi ilə həyata keçirilməsi ciddi hadisədir. Bu cür hərəkətlər Azərbaycanı dünya səviyyəsində qınaq obyekti edir. Onlar jurnalistə təkcə fiziki təsir göstərmirlər. Bu cür məmurlar Azərbaycana da eyni zərbələri vururlar. Jurnalistə yönəlik hər bir təzyiq Azərbaycana zərbədir, ölkəmizə qarşı təzyiqdir. Təəssüf ki, bunu anlamırlar.
Digər tərəfdən, bu hadisə baş verməmişdən əvvəl, tanınmış şəxslərdən, akademik statuslu biri Azərbaycan jurnalistlərini təhqir etmişdi. Bu proseslərin ard-arda baş verməsi ondan xəbər verir ki, jurnalistika dünyanın ən güclü fəaliyyət növlərindən olduğunu Azərbaycanda müəyyən şəxslər hələ də fərqində deyil. Bu fəaliyyətə mane olmaq, onu təhqir etmək, təzyiq göstərmək cinayət əməlidir”.

Azərbaycanın tanınmış jurnalisti, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli:



"Təəssüflər olsun ki, son vaxtlar bir qrup məmurlar tərəfindən bəzi jurnalistlərin təzyiqlərə məruz qalması, o cümlədən Famil Fərhadoğlunun döyülməsi çox pis tendensiyadır. Mənə elə gəlir ki, Azərbaycanda bəzi məmurlar jurnalistlərlə necə davranmağın əlifbasını da bilmirlər. Bu, çox pis hadisədir. Günahkarlar mütləq cəzalandırılmalıdır. Hər kəsə dərs olmalıdır ki, jurnalist vəzifəsini icra etdiyi zaman onun toxunulmazlıq hüququ var. Öz vəzifəsini icra edən şəxsə yardım etməlidirlər. Ona mane olunmamalıdır”.

Mətbuat Şurasının idarə heyətinin üzvü, "Azadinform” İnformasiya Agentliyinin Baş redaktoru Niyaz Niftiyev:



"Unikal.org saytının əməkdaşı Famil Fərhadoğlunun jurnalist fəaliyyətini yerinə yetirərkən təzyiqə məruz qalması şiddətlə qınanmalıdır. Dünən baş verən hadisə ilə bağlı bu günə kimi Səhiyyə Nazirliyi tərəfindən doğru-düzgün açıqlama gözləyirdik, amma görə bilmədik. Həmkarlarımızın bu şəkildə şiddətə məruz qalmaları yolverilməzdir. Famil istedadlı həmkarımızdır və jurnalist fəaliyyətini yerinə yetirərkən hər hansı peşə etikasını pozacaq addımlar atdığını düşünmürəm. Ümid edək ki, səhiyyə naziri Oqtay Şirəliyev bu hadisəni törədən, jurnalistə maddi və mənəvi ziyan vuran əməkdaşları haqqında ciddi ölçü götürəcək”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həzi:



"Famil Fərhadoğluna, ümumiyyətlə, jurnalistə qarşı olan belə hadisəni də heç vaxt "döyülmə" kimi təqdim etməyin. Sanki iki nəfər dalaşıb, biri döyülüb. Burda fiziki zorakılıqdan, vəzifə terrorundan söhbət gedir. Jurnalistə qarşı bu zorakılıq işgəncənin bir formasıdır. Konkret halda millətin sağlamlığına, dövlətin səhiyyə siyasətinə cavabdeh olan şəxsin mühafizəçiləri xəbər toplamaqla - öz peşə fəaliyyəti ilə məşğul olan şəxsin sağlamlığına, hətta həyatına qəsd edib. Bundan böyük rəzalət nə olsun?!
Həmin nazir özü dərhal məsələyə müdaxilə edib günahkarların cəzalandırılmasını tələb etməli, özünü işdən uzaqlaşdırmalı, bunu etməyə iradəsi çatmırsa, istefa verməlidir (ki, ona daha böyük iradə və daxili mədəniyyət lazımdır). Bir də axı səhiyyə nazirinin mühafizəçiləri niyə olmalıdır?! Bəlkə səhiyyənin başında durduğu müddətdə müalicə, əməliyyat etmək əvəzinə, ölümünə səbəb olduqları adamların yaxınlarından, şikəst etdiyi insanların qəzəbindən qorxur?! Başqa hansı səbəbdən səhiyyə naziri mühafizəçiyə ehtiyac duyar?!
Mən bu hadisəni pisləyirəm, günahkarların dərhal cəzalandırılacağına ümid edirəm”.

Mətbuat Şurasının idarə heyətinin üzvü, Modern.az sayıtının baş redaktoru Elşad Eyvazlı:



"Jurnalistin peşə fəaliyyəti ilə məşğul olarsa, ona qarşı hər hansı məhdudlaşdırıcı hərəkəti qınayıram. Bu yolverilməzdir, döyülməyi qınayıram. Bu addım mətbuata qarşı hörmətsizlikdir. Bu, jurnalistika fəaliyyətinin məhdudlaşdırılması deməkdir. Jurnalisti təhqir edənlər mütləq cəzalandırılmalıdır”.

"Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər:



"Əslində, seçkiyə iki gün qalmış bir nazirin sırf şəklini çəkib deyə, jurnalistin ağzını-burnunu dağıtdırması ölkə xaricində Azərbaycan əleyhinə fəaliyyət göstərən şəbəkənin bir quyruğunun da burada olması ilə bağlı iddiaları gücləndirir. Sən kimsən ki, şəklini çəkəni döydürürsən? Şəkli çəkən jurnalist də ola bilər, adi vətəndaş da. Sən xüsusi xidmət orqanlarının hansısa yüksək rütbəli, məxfi qalması lazım olan adam deyilsən. Altı-üstü səhiyyə evinin bütün künc-bucağını tikmiş nazirsən. Nazir nə deməkdir? Nazirin iki sərəncamlıq ömrü var. Birisi ilə nazir olur, o biri ilə nazir olduğun zaman adamlıq etsən, hörmət sahibi olursan, xeyr, sənin kimi olsa, it də əhəmiyyət verməyən varlıq olursan. Demək nəymiş? Nazirdən öncə adam olmağı öyrənəcəksən. Təbii ki, ayıq başla!..”.

"Mətbuat Şurası İdarə Heyətinin üzvü” Azər Həsrət:



"Aprelin 11-i Azərbaycanda prezident seçkiləridir. Dövlətin kifayət qədər samballı qurumunun, Səhiyyə Nazirliyinin adına yaraşmayacaq bu addımın atılması, özü də məhz seçkiqabağı atılması, çox üzücü haldır. Üzücü olmaqla, həm də ayıb bir şeydir. Çünki indi bütün dünyanın gözü Azərbaycanın üzərindədir. Azərbaycanda baş verən hər hansı hadisədən sui-istifadə edərək bizə hücum etmək istəyən hazır qüvvələr mövcuddur. Səhiyyə nazirimiz bunu anlamırsa, belə bir biabırçı hadisəyə yol veriblərsə, onun də öz yerində olmadığı ilə bağlı qərar vermənin zamanı çatdığını göstərir. Bu ayıb bir hərəkətdir, buna uyğun da müvafiq tədbirlər görülməlidir. Azərbaycan mətbuatın azad fəaliyyət göstərdiyi bir ölkədir. Dövlət mətbuat üçün bütün təminatları yaradır. Əgər hansısa bir nazir bu qanunlara tabe olmursa, onun özü ilə bağlı tədbir görülməlidir”.

Xəbər 2427 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +