Miqrantlarla bağlı Trampdan sərt qərar
Təhsil Nazirliyinə 1 milyon manat ayrıldı
Krımın adı dəyişə bilər
“Mənim evpulumu anam ödəyir” - Saakaşvili
Onlara yeni mənzillər veriləcək
Bu müəllimlərin maaşı artırılacaq - Rəsmi
Noyabrda ardıcıl 3 gün iş olmayacaq
“Nar” Tərtərdə 4G şəbəkəsini qurdu
Kanadada 6,7 bal gücündə zəlzələ oldu
Prezident İlham Əliyev İmişliyə gedib


06.04.2018  11:15 

Banklar özünü “karlığa” vurub - Vəziyyətdən necə çıxılacaq?





A+  A-

Milli Məclis tribunasından, özü də kifayət qədər sərt formada tənqidlərə belə reaksiya verilmir...
Problemli kreditlər məsələsi yenidən gündəmə gətirilib. Bu dəfə məsələ Milli Məclis tribunasından, özü də kifayət qədər sərt formada qaldırılıb.



Belə ki, YAP İcraçı katibinin müavini, deputat Siyavuş Novruzov problemli kreditlər məsələsinin ciddi araşdırılmalı olduğunu deyib: “Bu kreditləri bir-birindən ayırmaq lazımdır. Bir gün burada hesabat versinlər ki, nə qədər insan kredit götürüb maşın almaqdan, iş yeri yaratmaqdan ötrü. Kimsə iş yeri yaratmaq üçün kredit götürübsə və təbii fəlakət nəticəsində ziyana düşübsə, ona dəstək verilməlidir. Amma biri kredit götürüb 50 minlik avtomobil almaq istəyibsə, getsin, dövlətin kreditini ödəsin. Eləsi var ki, hüzür məclsini həyata keçirməkdən ötrü kredit götürüb, bu insanları nəzərə almaq lazımdır”.



Deputat Fəzail Ağamalı isə bildirib ki, bu gün ən ciddi problemlərdən biri vətəndaşlarla kommersiya bankları arasındakı problemdir: "Vaxtında banklar aşağı faizlə vətəndaşlardan əmanəti alaraq ikiqata artıq faizlə kredit verəndə bilməli idilər ki, bu bumeranq kimi üzlərinə qayıdacaq. İndi böhranlı vəziyyət yaranıb və bu dövlətin üzərinə atılıb. Əgər analamırdılarsa nəyə görə bankda oturub bank işi ilə məşğul olurdular?" Deputat deyib ki, bu məsələ dəfələrlə müzakirə olunub, lakin nəticə yoxdur: “Biz Maliyyə Bazarına Nəzarət Palatası yaratdıq. Palata 2 ildən artıq fəaliyyət göstərsə də, nəticəsi yoxdur. Hanı onların fəaliyyətinin nəticələri? Bununla bağlı seçicilər müraciət edir. Biz sözümüzü deyirik nəticəsi yoxdur. Seçkilərdən sonra bu istiqamətdə konkret addımlar atılsın”. Amma banklar özünü “karlığa” vurub və Milli Məclis tribunasından, özü də kifayət qədər sərt formada tənqidlərə belə reaksiya verilmir.

Maraqlıdır ki, son məlumatlara əsasən həcmi 1,7 milyard manata yaxınlaşan problemli kreditlər məsələsi ilə bağlı banklardan hər hansı təklif eşidilmir. Cəmiyyəti narahat edən məsələnin müzakirələrini banklar kənardan seyr etməklə kifayətlənirlər.

Bank sahəsi üzrə ekspert, “StandardBank” Kreditorlar Şurasının rəhbəri Əkrəm Həsənov bildirir ki, əslində banklar problemli kreditlər məsələsinin araşdırılmasını istəmirlər: “Bilirsiniz, Azərbaycan üzrə ümumi problemli kreditlərin az bir hissəsi fərdi şəxslərə, yəni adi vətəndaşlara verilən kreditlərdir. Böyük hissəsi isə bankların rəhbər şəxsləri, inzibatçıları tərəfindən yüksək məbləğlərdə girovsuz, bəzənsə aşağı girov təminatı ilə biznes krediti kimi rəsmiləşdirilməklə yaxın adamlarına, şirkətlərinə verilib. İndi bank sahiblərinin özləri maraqlı deyillər o kreditlərin qaytarılmasında. Burada dövlətin vəzifəsi həmin kreditləri araşdırmaq, onların qaytarılmasını cinayət təqibi ilə təmin etməkdir. Bu kreditləri müəyyənləşdirmək elə də çətin deyil - bağlanan bir neçə bankın nümunəsində mən bunu görmüşəm. Açırsan kredit reyestrini, kimlərə aşağı faiz, girov təminatı olmadan, yaxud aşağı girov təminatı ilə kredit verilibsə, siyahını çıxardırsan. Açıq-aşkar görmək olur ki, bu kreditlər qaytarılmaq üçün verilməyib. Bu addımı atmaq üçün ən yüksək səviyyədə qərar olmalıdır. Çünki həm Maliyyə Bazarlarına Nəzarət Palatası, həm Mərkəzi Bank, həm hüquq-mühafizə orqanlarında çalışan bəzi şəxslərin bir-biri ilə sıx bağlılığı var. Bir çoxları elə özləri, yaxud yaxın adamları vasitəsilə kreditlər götürüblər. Buna görə də indi bir-birinin əməllərinin üstünün açılmasında maraqlı deyillər”.



Ekspertin fikrincə, fərdi şəxslərin aldıqları kreditləri kimin hansı səbəbdən götürməsi prinsipi ilə ayırmaq çətin və bəlkə də mümkünsüz işdir: “Çünki banklar kreditləri alındığı məqsədlə deyil, başqa ad altında rəsmiləşdirirlər. Ən geniş yayılmış təyinat mənzilin təmiridir. Götürülən kreditlərin böyük faizi bu təyinat altında rəsmiləşdirilir. Buna görə də təklif nə qədər yaxşı olsa da, onun icrası real deyil. Rəsmiləşməyən, faktiki təyinatı müəyyənləşdirmək isə mümkün deyil”.

Ə.Həsənova görə, əslində ölkə qanunvericiliyində problemli kreditlərlə bağlı məsələni həll etmək üçün yetərincə hüquqi baza var: “Bunun üçün müflisləşmə institutu işləməlidir. Yəni həqiqətən ödəniş imkanı olmayan şəxslərin borcu silinməlidir. Bunun üçün qanun var - ”Müflisləşmə və iflas haqqında", Mülki Məcəllə var, “İcra haqqında” qanun var. Sadəcə, bu qanunların işləməsinin qarşısını banklar alırlar - məhkəmələrə və icra məmurlarına təsir, hətta təzyiqlə. Dövlət bu qanunların icrasını təmin etməlidir. Burada söhbət həqiqətən imkanı olmayan şəxslərdən gedir. Kiminsə imkanı varsa və borcunu ödəməkdən yayınırsa, bunu məhkəmə sübut edirsə, həmin şəxslər, əlbəttə, məsuliyyətə cəlb olunmalıdır. Dollar borclarına gəlincə, hazırda problemli kreditlərin mütləq əksəriyyəti bu kreditlərdir. Bu məsələnin həlli ilə bağlı millət vəkilləri Vahid Əhmədov və Əli Məsimli çox yaxşı təklif irəli sürmüşdülər. Onlar dolların devalvasiyalardan əvvəlki məzənnəsi ilə indiki məzənnəsi arasındakı fərqin - 92 qəpiyin 3 hissəyə bölünməsini təklif edirlər. 30 qəpiyini banklar bağışlasın, 30 qəpiyini dövlət, 32 qəpiyini isə vətəndaş ödəsin. Hesab edirəm ki, bu, bütün tərəflər üçün əlverişli həll variantıdır. Bu addımı atmaq üçün xüsusi qanun qəbul olunmalıdır. Böyük ümidlər vardı ki, prezident seçkisinədək hansısa addımlar atılsın, lakin artıq seçkiyə sayılı günlər qalıb. Bu baxımdan, qalan müddətdə məsələnin həll olunacağı real deyil. Qalır bir Cümhuriyyətin 100 illiyi. Ona qədər hansısa addım atılsa atılacaq, atılmasa, problem olduğu kimi qalacaq".

Onu da qeyd edək problemli kreditlərin həcmi bu il fevralın 1-nə 1 milyard 695,9 milyon manata yüksəlib. Yanvarın 1-nə isə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 626,7 milyon manat idi. Beləliklə, bir ayda 69,2 milyon manat artım qeydə alınıb.

Xəbər 931 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.10.2018  20:51 

Krımın adı dəyişə bilər

22.10.2018  15:32 

Elmar Vəliyevin oğlu istefa verdi

22.10.2018  09:35 

Şabranda ağır qəza, ölən var


BÜTÜN XƏBƏRLƏR +