AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


03.04.2018  15:36 

Aprelin 11-i iş günü deyil





A+  A-

2018-ci il aprelin 11-i növbədənkənar Prezidenti seçkiləri günü olduğundan həmin gün qeyri-iş günüdür.
Bu barədə XəzərNews.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib. E.Babayev bildirib ki, Prezidentin sərəncamına uyğun olaraq, prezidenti seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub: “Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Habelə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Bununla əlaqədar, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə təsdiq edilmiş “2018-ci il üçün iş vaxtının norması”na və “2018-ci ilin istehsalat təqvimi”nə əsasən, Azərbaycan Respublikası Prezidenti seçkiləri günü olan aprelin 11-i qeyri-iş günü kimi müəyyən olunub”.

E.Babayev onu da əlavə edib ki, ümumilikdə, 2018-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1919 saat, o cümlədən aprel ayı üzrə 159 saat təşkil edir. Altıgünlük iş həftəsi olan iş yerlərində də 40 saatlıq iş həftəsində çalışan işçilər üçün həmin beşgünlük iş həftəsi üzrə hesablanmış illik iş vaxtı norması (yəni 1919 saatlıq norma) tətbiq olunur: “Növbəti ayda, yəni may ayında isə iki bayram günü var: 9 May-Faşizm üzərində Qələbə günü və 28 May-Respublika günü. Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli 540 nömrəli qərarına əsasən həmin bayram günləri iş günü hesab edilmir. Həmçinin 28 may bazar ertəsinə təsadüf etdiyindən beşgünlük iş həftəsi üzrə işləyənlər bununla əlaqədar əvvəlki iki istirahət günləri (şənbə və bazar günləri) də nəzərə alınmaqla üç gün istirahət imkanı əldə edəcəklər. Ümumilikdə may ayı üzrə aylıq iş vaxtı norması 167 saat təşkil edir”.

Xəbər 1569 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +