200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


31.03.2018  11:07 

Füzulidə 31 Mart soyqırımı qurbanları anıldı





A+  A-

Horadiz şəhərində 31 mart Azərbaycanlıların Soyqırımı Qurbanlarının anım mərasimi keçirilib.
XəzərNews.az xəbər verir ki, tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Alı Alıyev çıxış edərək 1918-1920-ci illərdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırım və qətliamlar barədə məlumat vermişdir. O, vurğulayıb ki, hər il mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. “31 mart təqvimi son iki yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə öldürülməsini, soyqrıma və repressiyalara məruz qalmasını XX yüzilliyin ən qanlı səhifələrindən biri hesab etmək olar.”

Digər çıxış edənlər ermənilərin yüzillər boyu xalqımıza qarşı törətdikləri cinayətlər, soyqırımlar barədə geniş məlumat veriblər.




Xəbər 1531 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +