Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


28.03.2018  12:07 

Deputatdan ŞOK AÇIQLAMA: “Sosial şəbəkələri bağlamaq lazımdır”





A+  A-

“Bəzi texniki məsələlər var ki, ona qarşı mübarizə aparmaq hələ ki, çətin görünür. Amma bir çox inkişaf etmiş ölkələrdə təhqirə və böhtana, dövlət və onun atributlarına qarşı təxribatlar yayıldığı üçün həmin saytlar və sosial şəbəkələr dərhal bağlanılır. Düşünürəm ki, artıq Azərbaycanda da bu addımları atmaq lazımdır”.
XəzərNews.az-ın məlumatına görə, bu fikirləri “Ölkə.Az”a açıqlamasında Milli Məclisin deputatı, Parlamentin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.

Hadi Rəcəbli deyib ki, bu məsələdə bir addım belə geri çəkilmək olmaz:

“Çünki hazırda Azərbaycan prezident seçkiləri ərəfəsindədir. Təxribatçıların da əsas məqsədi Azərbaycanda sabitliyi pozmaqdır.
Bu gün Azərbaycan xalqının başlıca məqsədi ölkəmizdə sabitliyi qorumaq olmalıdır. Dünyada gedən proseslərə baxsaq görərik ki, sosial şəbəkələr vasitəsilə Misir, Yəmən və digər ölkələri hansı vəziyyətə salıblar. Həmin ölkələri sadaladığım təxribatçı saytlar və sosial şəbəkələr vasitəsilə kütlə psixologiyasına uymaq yolu ilə xaos vəziyyətinə gətiriblər. Bütün bunlara görə də Azərbaycan xalqı həmin təxribatçı qrupların iş üzünü açmalıdır, mənəviyyatsızlığını ortaya qoymalıdır”.

Komitə sədri xaricdə Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparan şəxslərin də cəzalandırılmasına tərəfdar olduğunu söyləyib:

“Biz elektron dünyada yaşadığımız üçün sosial şəbəkələrdə müsbət və xoşagəlməz hallarla rastlaşmağa məhkumuq. Bu gün sosial internet şəbəkələri bir çox imkanlara malikdir. Amma eyni zamanda çox təəssüf ki, bir qrup insanlar həmin imkanlardan çox tərbiyəsiscəsinə istifadə edirlər. Son 3-4 ildir ki, mən də bu cür tərbiyəsizliklərlə üzləşmişəm.

Bəzi şəxslər sosial şəbəkələrin verdiyi imkanlardan sui-istifadə edərək, ayrı-ayrı şəxslərə qarşı iftira və yalanlar yağdırırlar, ölkəmizdə sabitliyi pozmağa cəhdlər edirlər. Bu gün Azərbaycanın ən böyük uğuru onun sabitliyidir, İlham Əliyevin onun prezidenti olmasıdır. Bilirsiniz, Azərbaycan kiçik ölkə olsa da, iqtisadi cəhətdən güclü dövlətdir. Bütün bunlara baxmayaraq, dünyanın “super güc dövlətləri” ilə müqayisə olunası deyil. Bu gün Azərbaycanı güclü edən onun lideri cənab İlham Əliyevdir. Dünya prezident İlham Əliyevi qəbul edir. Prezident İlham Əliyev bu gün dünyada böyük şəxsiyyət və insan hüquqlarına hörmət edən şəxs kimi qəbul olunur. Belə olan halda 4-5 nəfər qapılardan qovulmuş, özlərinə yer tapa bilməyən və mənəvi cəhətdən aşağı olan insanlar xoruz kimi banlayırlar. Əslində, bununla onlar heç nəyə nail ola bilmirlər. Sadəcə olaraq, ürək bulandırırlar. Buna qarşı mübarizə formaları mövcuddur”.
Hadi Rəcəbli qeyd edib ki, ilk növbədə Azərbaycandakı reallıqlar, yəni ölkəmizdə gedən sürətli inkişaf və sabitlik, vətəndaşlar üçün yaradılan rahat şərait həmin şəxslərə qarşı çıxış edir:

“Azərbaycanda yoxsulluğun aşağı düşməsi göz qabağındadır və xoruz kimi banlayan həmin adamlar heç nəyə nail ola bilmirlər.
Mən tez-tez Yeni Azərbaycan Partiyasının (YAP) xətti ilə rayonlarda oluram, insanlarla görüşürəm, on minlərlə insanın əhval-ruhiyyəsi ilə tanış oluram, onların prezident İlham Əliyevə bağlılığını görürəm. Bir daha əmin oluram ki, Azərbaycanda camaatın ictimai rəyi yüksəkdir”.

Deputat bildirib ki, xaricdə Azərbaycan əleyhinə tərbiyəsiz hərəkətlərlə kampaniya aparan şəxslərə qarşı qeyri-hökumət təşkilatları və diaspora təşkilatları da mübarizə aparmalıdır:

“Düşünürəm ki, onlarla əlaqələndirmə bir sistemi olmalıdır. Bunlar ya Xarici İşlər Nazirliyi xətti ilə, ya da Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə fəaliyyət göstərməlidir. Yəni, burada mütləq əlaqələndirmə işləri həyata keçirilməlidir.

Digər tərəfdən isə dünyada mövcud olan beynəlxalq hüquq normaları ilə həmin şəxslərə qarşı tədbirlər görülməlidir, onlara qarşı cinayət işi açılmalıdır və sairə. Necə olur ki, onlara qarşı insan hüquqularının pozulması deyilə bilir, mənə qarşı insan hüquqları pozulanda heç bir söz deyilmir? Tərbiyyəsizlik və yalan hərəkətlərə qarşı tədbirlər sərt olmalıdır. Yalan yazıları bir sayt o biri sayta ötürür və şər-böhtan kampaniyası aparılır. Bütün bunlara qarşı bir tədbir görülməlidir. Ümumiyyətlə, həmin saytları bağlamaq lazımdır”.

Hadi Rəcəbli Azərbaycan prezidentliyinə namizəd olan bir sıra müxalifət partiya sədrlərini də yalan çıxışlarına görə sərt tənqid edib:

“Çox təəssüf edirəm ki, bəzən televiziya debatlarında iştirak edən və səviyyəsi çox aşağı olan yalançı müxalifət rəhbərləri də ölkəmizdəki dövlət məmurlarına qarşı inamsızlıq yaratmağa, cəmiyyəti qıcıqlandıran addımlar atmağa çalışırlar. Azərbaycanda hər bir məmurun həyat yoluna baxsaq görərik ki, hamısı işgüzar və zirək adamlardır. Onların övladlarında da həmin müsbət keyfiyyətlər mövcuddur. Bütün bunlara görə də mən məmurlarımıza qarşı qarayaxma kampaniyasının aparılmasının əleyhinəyəm.

Əlbəttə ki, ilk növbədə möhtərəm prezidentimizin əleyhinə aparılan tərbiyəsiz və mənəviyyatsız siyasi mübarizənin əleyhinəyəm. İnanın ki, nə qədər təmkinli olmağa çalışsam da, həmin adamları görəndə onları təhqir etmək, üzlərinə tüpürmək istəyirəm. Bu cür şəxslərlə normal dialoq aparmaq da mümkün deyil”.

Xəbər 3314 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?


BÜTÜN XƏBƏRLƏR +