Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


15.03.2018  16:21 

Bir milyon saxta aksiz markası aşkarlandı





A+  A-

Külli miqdarda saxta aksiz markasının Azərbaycan gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən XəzərNews.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Türkiyədən Azərbaycana gələn “Mercedes-Benz” markalı, 34UG2028 nömrə nişanlı sərnişin avtobusunun sürücü köməkçisi Azərbaycan vətəndaşı Səbuhi Ramiz oğlu İsmayılov gömrük nəzarətinə “sellofan rulon” adı altında 4 ədəd çanta bəyan edib. Həmin çantalar müvəqqəti saxlanc üçün müvafiq qaydada “Sınıq Körpü” gömrük postunun anbarına təhvil verilib. Lakin sonradan daxil olan məlumat əsasında, çantalara hal şahidlərinin və çantaları gömrük nəzarətinə təqdim edən vətəndaşın iştirakı ilə baxış keçirilib.

Nəticədə, hər bir çantada 50 rulon olmaqla, cəmi 200 rulon, hər bir rulonda isə 5 min ədəd olmaqla, cəmi 1 milyon ədəd - üzərində “Azərbaycan Respublikası”, “Daxili istehsal”, “Alkoqollu içkilər” sözləri yazılmış aksiz markaları aşkar edilib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi aşkar edilən aksiz markalarının saxta olduğunu müəyyən edib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1645 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +