Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


12.03.2018  10:38 

Üç gün yol polisində işləyən məmur oğlu öz iş yoldaşını niyə bıçaqlayıb?





A+  A-

Baş verən hadisənin ört-basdır edilməsinə şəxsən Vaqif Abdullayev rəhbərlik edir
Xəbər verdiyimiz kimi, Beyləqan rayonunda Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın, Dövlət Yol Polis idarəsində işləyən oğlu Tural Əliyev iş yoldaşı Namiq Zeynalovu bıçaqlması barədə ölkə mediasında məlumat yayılıb. Həmin məlumatla bağlı Beyləqan rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Məmmədov, rayon DYP rəisi Azad Məmmədov, polis rəisi Füzuli Şıxəliyev və Tural Əliyevin anası Xuraman Rüstəmova müxtəlif açıqlamlar veriblər. Dünən Baş Dövlər Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlama verərərək hadisənın bıçaqlanma olmadığını və tərəflərin sadəcə “kağız kəsən alətlə təsüdüfən bir-birinə xəsarət yetirdiyini” bildirdi. Kamran Əliyev dəqiq informasiyanın Beyləqan polis şöbəsindən almağı da tövsiyə edib.



Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev

Baş verən hadisənin bəzi detalları ilə bağlı XəzərNews.az məlumat əldə edib. Həmin məlumatda vurğulanır ki, martın 10-da saat 19-00 radələrində Beyləqan - Daşburun stansiyası magistral yolunun Milabad kəndi yaxınlığında DYP işçisi Tural Əliyevlə Namiq Zeynalov arasında mübahisə yaranıb. DYP işçiləri arasında mübahisənin yaranma səbəbi isə Tural Əliyevin Namiq Zeynalova kobud cavab verməsi və ona qarşı saymamazlıq hərəkəti etməsi olub. Üç gün öncə DYP-də işə başlayan Tural Əliyevin bu hərəkətindən əsəbləşən Namiq Zeynalov isə həmkarına onun DYP-yə necə keçdiyini və onların haqqında rayonda hansı söz söhbətlərin gəzdiyi ifadəsini işlədib. Namiq Zeynalovun bu sözündən sonra Tural Əliyev cibində gəzdirdiyi kiçik bıçaqla iş yoldaşına arxadan bir neçə zərbə endirməyə başayıb.

Məlumatda qeyd edilir ki, bıçağın kiçik olması və Namiq Zeynalovun cəld reaksiyası nəticəsində ona iki zərbə dəyib. Davaya vətəndaşların yığışdığını görən Tural Əliyev Namiq Zeynalovu hadisə yerində qoyaraq qaçıb. Məlumatda rayon sakinləri Namiq Zeynalovu Mərkəzi Xəstəxananın Təcili Tibbi Yardım Mərkəzinə gətirərək ona ilkin yardım edilməsinə köməklik göstəriblər.



Beyləqan rayon Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova

Hadisə baş verdikdən təxminən 25 dəqiqə sonra Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova və digər iki oğlu Mərkəzi Xəstəxanaya gəliblər. Baş həkim Əli Məmmədovla və Namiq Zeynalovun qohumları ilə görüşən Xuraman Rüstəmova nə lazımdırsa ediləcəyini və məsələnin sakitcə, sülh yolu ilə həll olunmasını xahiş edib. Təhsil Şöbəsinin müdiri xəstəxanda açıq şəkildə deyib ki, “baş verən hadisə ilə bağlı rayon icra başçısı Vaqif Abdullayevlə və Polis rəisi Füzuli Şıxəliyevlə danışdım. Onlarda istəyirlər ki, bu məsələ sakit öz həllini tapsın”.



Beyləqan rayon Polis İdarəsinin rəisi Füzuli Şıxəliyev

Beyləqan polis idarəsindəki mənbəmizin saytımıza verdiyi məlumata görə hadisədən bir gün sonra polis idarəsinin rəisi Füzuli Şıxəliyev təcili şəkildə rayona gələrək öz kabinetində Xurman Rüstəmova ilə 1 saat söhbət edib. Həmin söhbətin bir hissəsində rəisin müavini Taleh Hüseynov da iştirak edib. Məlumatda vurğulanır ki, Füzuli Şıxəliyev Xuraman Rüstəmova görüşünə icra başçısı Vaqif Abdullayev də telefonla qatılaraq hadisənin təcili şəkildə ört basdır edilməsini və məsələnin mətbuatdan gizlədilməsi tapşırığını verib. Namiq Zeynalovun anasının mətbuata açıqlaması xəbəri yayılandan sonra isə Xuraman Rüstəmovanın DYP işçisinin yaxın qohumlarına zəng edərək onları hədələdiyi deyilir.

Məlumata görə Beyləqan Təhsil şöbəsinin müdiri xəstəxanada oğlanlarına və qohumlarına “nəyin bahasına olur - olsun oğlum işini itirməyəcək və lazım olsa Turala görə aldığım obyektləri satıb məsələni bağlayacam” deyir.
Qeyd edək ki, Xuraman Rüstəmova Beyləqan Təhsil Şöbəsinin müdiri təyin edildikdən sonra rayonda bir neçə obyekt, yanacaqdoldurma məntəqəsi və oğlanlarına bir neçə bahalı avtomobil alıb. Şöbə müdirinin icra başçısı Vaqif Abdullayevlə şərikli maliyyə maxinasiyaları etməsi barədə ölkə mətbuatında dəfələrlə məlumatlar yayılıb.



Xəbər 3069 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”


BÜTÜN XƏBƏRLƏR +