AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


05.03.2018  13:58 

Ötən il hərbi sahədə 19 korrupsiya halı aşkarlandı





A+  A-

Ötən il hərbi hissələrdə və hərbi şəhərciklərdə 9,7 milyon manat dəyərində əsaslı tikinti işləri yerinə yetirilib.
XəzərNews.az-ın məlumartına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə qeyd olunub ki, 3 hərbi hissənin 1 zabit yeməkxanasının tikintisi başa çatdırılaraq istismara verilib. Bundan başqa, zabitlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 123 mənzildən ibarət 6 ədəd yaşayış binası tikilib. Hazırda 1 hərbi şəhərciyin, 1 hərbi hissə və sursat anbarlarının, 1 hərbi hissənin, 1 yanacaq-sürtkü materialları bazasının, 2 ədəd avtomobil saxlancının, 10 post-qaravul məntəqəsinin və 2 ədəd silah-sursat anbarının tikintisi davam etdirilir.
Hesabata əsasən, 1 yeni şəhərciyin və 1 hərbi hospital kompleksinin tikintisinin başlanmasına hazırlıq işləri aparılır. Gəncə və Naxçıvan şəhərlərində, Ələt qəsəbəsində ən müasir tələblərə uyğun yeni hərbi hospitalların, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin tikintisi aparılır.

Bildirilib ki, 2017-ci ilin iyununda Azərbaycan Prezidentinin iştirakı ilə Şirvan şəhərində 4 növ qumbaralı atəş yığımlarının istehsalı zavodlarının açılış mərasimi keçirilib. Yaxın zamanlarda daha 2 zavodun-artilleriya və tank topları üçün müxtəlif çaplı mərmilərin isti ştamplanması və mexaniki emalı və həmin mərmilərin atəş yığımlarının gilizlərinin istehsalı zavodlarının açılışı nəzərdə tutulur.

Hesabat dövründə korrupsiya ilə əlaqədar hüquqpozmalara dair daxil olmuş vətəndaş müraciətləri əsasında aparılan araşdırmalar nəticəsində təsdiqini tapan 19 hal üzrə materiallar hüquq mühafizə orqanlarına verilib.

Xəbər 1441 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +