AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


04.03.2018  15:27 

Çaylarda sululuq səviyyəsi açıqlandı





A+  A-

Respublikanın çaylarında son günlər üzrə sululuq səviyyəsi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-130, Kiçik Qafqazın çaylarında 110-180, Lənkəran-Astara çaylarında 10-80, Naxçıvan MR çaylarında isə 110 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 211 m3/s olmaqla ongünlük normanın 87 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 157 m3/s olmaqla ongünlük normanın 65 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 64 m3/s olmaqla, ongünlük normanın 77 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 58 m3/s təşkil edərək ongünlük normanın 70 faizinə bərabər olub.

Kür çayının aşağı axınında vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 8, Salyanda 2, Bankədə 1 sm azalma qeydə alınıb, lakin Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 2 sm artım müşahidə olunub.

Surra məntəqəsində suyun səviyyəsi 374 sm (2017-ci il martın 02-də 424 sm), Şirvanda 241 sm (2017-ci il martın 02-də 327 sm), Salyanda 201 sm (2017-ci il martın 02-də 282 sm), Bankədə 201 sm (2017-ci il martın 02-də 218 sm), Araz çayının Novruzlu məntəqəsində isə 110 sm (2017-ci il martın 02-də 150 sm) təşkil edib.



Xəbər 1410 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +