Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


02.03.2018  10:17 

Bakıda bir əsrlik məktəb – Fotolar





A+  A-

Martın 1-də Bakı şəhəri Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.
XəzərNews.az xəbər verir ki, “Bir əsrin xatirəsi” mövzusunda təşkil olunan tədbir məktəbin həyətində şəhid Etibar Əliyevin barelyefinin açılışı ilə başlanıb. Şəhidin atası Allahverdi Əliyev oğlunun adını daşıyan təhsil müəssisəsinin 100 ildir ki, uğurla fəaliyyət göstərməsindən böyük qürur hissi keçirdiyini bildirib.



Məktəbin akt zalında davam edən tədbirdə direktor Sevinc Abbasova 100 ildir ki, fəaliyyət göstərən təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan söhbət açıb. Direktor qeyd edib ki, 162 nömrəli tam orta məktəb 1917-ci ildə Bakı milyonçusu Murtuza Muxtarov tərəfindən yaradılmış qız məktəbi kimi məşhur olub.

S.Abbasova məktəbin təcrübəli pedaqoji kollektivinin olduğunu, müəllimlərin səylə çalışdıqlarını, şagirdlərin bilik, bacarıq və vərdişlərinin formalaşdırılmasında əvəzsiz xidmət göstərdiklərini qeyd edib.



S.Abbasov məktəbin 2017-ci ildə əsaslı təmir olunduğunu sentyabrın 11-də Prezident İlham Əliyevin məktəbin binasında yaradılan şəraitlə tanış olduğunu bildirib: “Dövlətimizin başçısı məktəbdə yaradılan “Eko sinif”lə də tanış oldu. Belə siniflərin yaradılmasında məqsəd şagirdləri ekoloji cəhətdən maarifləndirmək, onların ətraf mühitin qorunması işində məsuliyyət hisslərini artırmaqdan ibarətdir. Təhsil ocağının gənclərin çağırışaqədər hazırlığı kabineti isə yüksək səviyyədə qurulub, lazımi ləvazimat və stendlərlə təmin olunub, burada mini kazarma yaradılıb”.

Sonra məktəbin şagirdləri və müəllimləri maraqlı proqramlarla çıxış ediblər. Şagirdlər vətənpərvərlik, təhsil və məktəb həyatı haqqında şeir, mahnı ifa edib, ədəbi-bədii kompozisiyalar göstəriblər.

Tədbirdə məktəbin tarixindən, uğurlarından bəhs edən videoçarx nümayiş olunub.



Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri (BŞTİ) Məhəbbət Vəliyeva məktəb kollektivini 100 illik yubiley münasibətilə təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb. M.Vəliyeva Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı olan təhsil müəssisəsinin kifayət qədər zəngin inkişaf yolu keçdiyini bildirib. Qeyd edib ki, paytaxtın təhsil həyatında özünəməxsus ənənələri ilə fərqlənən məktəbin tədris nailiyyətləri son illərdə xüsusilə yaxşılaşıb, məzunların ali məktəblərə qəbul göstəriciləri xeyli yüksəlib. Bütün bunlar onu deməyə əsas verir ki, 100 yaşlı tədris ocağı həyatının ikinci yüzilliyinə ciddi uğurlarla qədəm qoyur.

BŞTİ-nin müdiri Təhsil Nazirliyi tərəfindən 2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan olunduğunu söyləyib, təhsil sahəsində aparılan islahatlardan və əldə olunan uğurlardan söz açıb.

M.Vəlieyva məktəbin uğurlarında təhsil müəsisəsi rəhbərliyinin böyük əməyi olduğunu bildirib. Qeyd edib ki, S.Abbasova və kollektivin gərgin əməyi nəticəsində 162 nömrəli məktəb bir sıra uğurlara imza atıb.



Milli Məclisin deputatı Şəmsəddin Hacıyev son illərdə paytaxtın ümumtəhsil müəssisələrində tətbiq olunan yeniliklərdən, təhsil sahəsində aparılan islahatlardan və perspektiv məsələlərdən bəhs edib. Ş.Hacıyev Prezident İlham Əliyevin təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğının nəticə etibarilə bu sahənin sürətli inkişafı, maddi-texniki bazasının daha da möhkəmlənməsi ilə nəticələndiyini bildirib.



Sonda BŞTİ və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Səbail rayon təşkilatı tərəfindən məktəbin pedaqoji kollektivinin bir sıra üzvlərinə səmərəli fəaliyyətlərinə görə fəxri fərman və hədiyyələr təqdim edilib.

Məktəbin qısa tarixi:

Bakı milyonçusu Murtuza Muxtarovun xeyirxah əməllərində onun həyat yoldaşı Liza xanım Muxtarova (Tuqanova) yaxından iştirak edir, ərinə köməklik göstərirdi. 1914-cü ildə yaradılan Bakı Qadın Xeyriyyə Cəmiyyətinə rəhbərlik edən Liza xanım Muxtarova Bibiheybət mədənlərində çalışanların məişət və digər problemlərinin həlli üçün bir sıra işlər görüb. Bu işlərdən biri də maarifləndirmə idi ki, Liza xanımın təşəbbüsü ilə M.Muxtarov tərəfindən 1917-ci oktyabr ayında ərazidə mövcud olan 5 nömrəli rus-tatar məktəbinin yaxınlıgında əsas məqsədi peşə öyrətmək olan 1 mərtəbəli, bir neçə tikilidən ibarət məktəb tikdirildi. İlkin vaxtlarda məktəbdə 4 ümumtəhsil sinifi və 6 peşə bölməsi fəaliyyət göstərib. Hesab, əl işi, biçmə, tikiş üzrə dərslərlə birgə türk dili tədris olunur və burada ancaq qızlar təhsil alırdılar.



1918-ci ilin məlum mart hadisələri zamanı məktəb fəaliyyətini dayandırmış, 1919-cu ildən burada dərslər yenidən bərpa olunub. Ərazidəki mədənlərdə çalışan fəhlə və qulluqçuların övladlarının təhsil aldığı bu məktəbdə azərbaycanlılarla yanaşı ruslar, tatarlar, ukraynalılar, ləzgilər, polyaklar, yəhudilər, ermənilər və s. xalqların nümayəndələri də oxuyurdular.

Sonradan ərazidə yaşayanların sayının artımı ilə əlaqədər 1936-cı ildə bir mərtəbəli kiçik tikililərin üzərində daha 2 mərtəbə sonradan isə əlavə artırmalar tikildi və burada 9 illik təhsil aparılırdı.



Böyük Vətən Müharibəsi illərində məktəbdə təxliyə hospitalı fəalliyət gostərib, sonradan 1947-ci ildə təmir olunaraq uygunlaşdırılmış məktəb binası kimi istifadəyə verilib. Sovetlər dönəmində rusdilli məktəb kimi fəaliyyət göstərmiş bu beynəlmiləl təhsil ocağında Respublikamız müstəqillik qazandıqdan sonra Azərbaycan bölməsi də açılıb. Həm şagird, həm də müəllim kollektivinin milli mənsubiyyətinin və etnik tərkibinin rəngarəng olduğu bu məktəb multikulturalizm ənənələrinə olduqca sadiqdir.

Məktəb vaxtı ilə burada təhsil almış, Qarabağ müharibəsində Tərtər rayonunun Qapanlı kəndi uğrunda gedən doyüşlərdə qəhramancasına həlak olmuş Etibar Allahverdi oğlu Əliyevin adını daşıyır.

2016-cı ildə yaradılmış "Kiçik Akademiya" AMEA-nın "Gənc Alim və Mütəxəssislər Şurası" nın dəstəyi ilə şagirdlərin potensial istedadının aşkara çıxarılması, onların gələcək inkişafının düzgün istiqamətləndirilməsinin təmin edilməsi məqsədi ilə həyata keçirdiyi tədbirlər nəticəsində bir sıra uğurlara imza atıb. Belə ki, "Kiçik Akademiya" nın üzvü X sinif şagirdi Zeynəb Sadıxova "Sabahın Alimləri" 6-cı Respublika Olimpiadasında biologiya fənni üzrə 3-cü yeri qazanaraq bürünc medala layiq görülüb, Mahirə Əsədzadə isə 1-ci ixtisas qrupu üzrə DİM-in keçirdiyi qəbul imtahanında 700 bal toplayaraq respublika üzrə maksimum nəticə göstərən 15 abituriyentdən biri olub.



Məktəbin foyesində Ulu öndər Heydər Əliyevin mərmər büstü qoyulub, onun təhsil sahəsində göstərdiyi qayğını və Prezident İlham Əliyevin paytaxtın Səbail rayonundakı məktəblərin müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində gördüyu işləri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsində göstərdiyi diqqəti əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Koridorlarda milli dövlət atributları, vətənpərvərlik mövzularında stendlər asılıb.



Məktəbin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb. 162 nömrəli orta məktəbdə də bütün sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində qurulub. Məktəb yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib. Şagirdlərin nəzəri biliklərini laboratoriyalarda tətbiq etmələri üçün zəruri avadanlıqlar quraşdırılıb. Məktəbdə yenidən qurulmuş və müasir avadanlıqlarla təchiz edilmiş kimya, fizika, biologiya, çağırışa qədərki hərbi hazırlıq, informatika, ədəbiyyat, riyaziyyat, tarix kabinetləri ilə yanaşı, məktəb üçün yeni olan ekoloji kabinet də yaradılıb.

Təhsil ocağında idman və akt zalları müasir səviyyədə təmir olunub, ləvazimatlarla təchiz olunub, yeni avadanlıqlar quraşdırılıb, məktəbin yeməkxanası tam yenilənib.

Həmçinin məktəbə yaxın ərazilərdə də təmir işləri aparılıb, məktəbin yerləşdiyi Ö.F.Nemanzadə küçəsi asfaltlanıb, küçə boyunca yaşıllıqlar salınıb, tikili və hasarlar rənglənib.

Xəbər 2615 dəfə oxunub.




28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”


BÜTÜN XƏBƏRLƏR +