Sabah Azərbaycanda payız başlayacaq
Sabaha olan hava proqnozu
Ağac aşdı, 120 abonent qazsız qaldı
Güləşçilərimiz final görüşünə çıxır
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
“Neftçi” “Keşlə”yə qarşı
Milan derbisini “İnter” qazandı
Yuxusuz gecələr bu xəstəliyə də yol açırmış
“Google”da ən çox bu görməli yerlər axtarılır
Xəzərdə üzən gəmilərə xəbərdarlıq


28.02.2018  15:26 

Nazirlik yollarda postlar qurub





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, gizli və oğurluq yollarla daşınması hallarının qarşısını almaq məqsədilə mütəmadi reydlər keçirilir.
Nazirliyin mətbuat xidmətindən XəzərNews.az-a daxil olan xəbərə görə, keçirilən reydlər zamanı avtomobillərin yük yerində gizlətmək məqsədilə üzəri qumla, çınqılla, peyinlə, samanla örtülən qanunsuz yolla əldə edilmiş meşə materialları aşkar edilir. Qeyd edək ki, düşünülmüş gizli yollarla, oğurluq və hiyləgərliklə təşkil olunan bu cür halların qarşısını almaq məqsədilə Nazirlik tərəfindən respublika ərazisinin müəyyən istiqamətlərində postlar qurulub.

27 fevral 2018-ci il tarixində Astara rayonunun Ağkörpü kəndinin ərazisində qurulan postda növbəti belə bir düşünülmüş əməlin qarşısı alınıb. Belə ki, gecə saat 23:30 radələrində Hirkan Milli Parkının əməkdaşları tərəfindən Astara rayonu Şüvi kənd sakini Şamil Mahmudova məxsus “UAZ” markalı 07-BC-157 dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb. Avtomobilin yük yerinə keçirilən baxış zamanı gizlətmək məqsədilə üzəri peyinlə örtülən, qanunsuz yolla əldə edilmiş fıstıq cinsindən olan 2,5 m3 həcmində 372,67 manat nırx dəyərində meşə materialı aşkar edilib.

Faktla bağlı məsələnin araşdırılması və hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Astara rayon Prokurorluğuna göndərilib.

Xəbər 649 dəfə oxunub.



22.09.2019  12:43 

Sabaha olan hava proqnozu

22.09.2019  11:09 

Cəbhədən nə xəbər?

21.09.2019  10:21 

Atəşkəs 23 dəfə pozuldu


BÜTÜN XƏBƏRLƏR +