“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


26.02.2018  13:06 

AMEA-da direktoru boykot etdilər - “Hər şeyi məhv edib...”





A+  A-

AMEA Zoologiya İnstitutunun bir qrup əməkdaşı qurumun direktoru Elman Yusifovun onları təhqir etdiyini iddia edib.
XəzərNews.az-ın xəbərinə görə, “Qafqazinfo”ya daxil olan şikayət məktubunda qeyd olunub ki, direktor İnstituta rəhbərlik etdiyi 2 il müddətində elmi-tədqiqat işlərinin aparılmasına imkan verməyib, laboratoriya avadanlıqlarını, kolleksiya materiallarını, kitabxana və laboratoriyalarda olan elmi ədəbiyyatları məhv edib:

“Elmi əməkdaşlarımızn əldə etdikləri nəticələri əhəmiyyətsiz hesab edir. İnstitutun əsas fəaliyyətini yalançı biznesə, qanunsuz sahibkarlıq fəaliyyətinə yönəldib. İnstitutun bir qrup elmi əməkdaşı (9 elmlər, 12 fəlsəfə doktoru) fevralın 6-da AMEA rəhbərliyinə müraciət edib. AMEA prezidentinin, Biologiya və Tibb Elmləri Bölməsinin rəhbərliyinin tapşırığına əsasən şikayət xarakterli məlumatların araşdırılması məqsədilə İnstituta nümayəndə göndərilib. Lakin AMEA-dan göndərilmiş nümayəndə İnstitutu tərk edən kimi direktor E.F.Yusifov əməkdaşları bir-bir otağına dəvət edərək onları təhdid edib”.

İnstitut əməkdaşları şikayətində onu da vurğulayıb ki, direktor onların dini görüşünü təhqir edir və təhqiramiz ifadələr işlədir:

“Nəinki işçiləri, bütün Azərbaycan xalqını təhqir edir. Dini ədəbiyyatla bağlı iclasdakı çıxışında Azərbaycan xalqının 70%-ni debil adlandırıb. İnstitutun elmi iclaslarında bizi, dini inanclarımızı təhqir edir. İnstitutumuzda təxminən 70-80 nəfər namaz qılan adam var. Deyir ki, kim namaz qılırsa, getsin Allahşükürün idarəsinə. Bizə bildirir ki, siz bostan müqəvvalarısınız, dişi tökülmüş kaftarlarsınız, sizin aranızda zoofillər, pedofillər, onanistlər var, hələ yoxlamaq lazımdır, yəqin ki, nekrofillər də var. Sizdəki beyin yox, peyindir… Biz daha bu təhqirlərə dözə bilmirik. Bütün bunlar alim adına yaraşan hərəkətlər deyil”.

Saytın əməkdaşı məsələylə bağlı, AMEA Zoologiya İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri namizədi Elman Yusifovla əlaqə saxlayıb. Haqqında səsləndirilən ittihamların böhtan xarakterli olduğunu deyən direktor hazırda araşdırma aparıldığını vurğulayıb:

“Mən sadəcə onu deyə bilərəm ki, institutda işlər gedir, laboratoriyalar birləşdirilir, effektivlik artır. İstəyirik ki, fəaliyyətimizi müasir zamanın tələbinə uyğunlaşdıraq. Qarşımıza xeyli iddialı məqsədlər qoymuşuq və bu hədəflərin həyata keçirilməsində kimlərin potensialı çatmırsa və yaxud kimlərsə bir balaca xofludur, qorxursa, nəticədə belə söz-söhbətlər yaranır. İnstitut özü də bir ailədir və idarəsi mənə həvalə edilib. Ailədaxilində narazılıqlar ola bilər. Hazırda biz komissiya yaratmışıq və bu işlər diqqətlə araşdırılacaq. Ola bilər mənim verdiyim əmr tam icra olunmayıb, kimsə narazı qalıb. Ancaq yazılanlar çox ağır ittihamlardır və onun altına imza atan şəxslər dedikləri sözlərin arxasında durmağı da bacarmalıdır”.

Direktor işçiləri zoofil, pedofil adlandırması ilə bağlı ittihama da münasibət bildirib:

“Heç kimə qarşı elə sözlər işlətməmişəm. Tamamilə əsassız və qərəzli ittihamlardır. Araşdırılacaq, qoy gəlib desinlər ki, mən filankəsə bu sözü demişəm. Bu, bizim kollektivimizdə baş vermiş xoşagəlməz hadisədir və səhər işə gələndən elə bu məsələylə məşğuluq. Deyirlər, sosial şəbəkələrdə haqqımda təhqir, alçaldıcı sözlər yazılır. Baxmağa vaxtım yoxdur. Mən 14 ilə yaxındır ki, burada çalışıram. İşimiz o qədər çoxdur ki, belə mənasız ittihamlara cavab vermək həvəsində belə deyiləm. Ancaq araşdırılır, nəticəsi haqqında tezliklə hamıya məlumat veriləcək”.

Xəbər 1009 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +