200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


24.02.2018  11:09 

Qiyməti 900 min manat olan bu avtomobil hansı məmura məxsusdur? - FOTOLAR





A+  A-

Şəkildə gördüyünüz super avtomobilin modeli Mercedes–Benz S Class olsa da Brabus şirkəti tərəfindən xüsusi qaydada yığılıb, 8 silindiri var, mühərrikinin həcmi 5912 kv. sm-dir, 850 at gücünə malikdir, maksimum sürəti saatda 350 km-dir.
XəzərNews.az-ın xəbərinə görə, bu barədə məlumatı iqtisadçı alim Qubad İbadoğlu verib.
Q.İbadoğlu bildirib ki, maşının sahibinin və ya istifadəçisinin kim olmasını bilmir:
“Bilən varsa yazsın maraqlı olardı. Yalnız onu deyə bilərəm ki, nömrə nişanına görə bu xidməti avtomobil Azərbaycan Respublikasının icra hakimiyyətinə məxsusdur və Bakıda dövlət qeydiyyatından keçib. Onu da əlavə edim ki, avtomobilin zavod qiyməti 381 min dollar və ya hazırkı məzənnə ilə 650 min manatdır. Bu avtomobilin yalnız fabrik satış qiymətini ödəmək üçün hazırkı məzənnə və orta aylıq əmək haqqı ilə ən azı 103 il, minimum əmək haqqı ilə 416 il işləmək lazımdır.
Yeri gəlmişkən onu da qeyd edim ki, istismar müddəti 1 ildən az olan belə avtomobilin gömrük rəsmiləşdirilməsi üçün büdcəyə 287 min 695 manat 72 qəpik aksiz və əlavə dəyər vergisi də daxil olmaqla cəmi gömrük rüsumları ödənilməlidir. Görəsən bu maşını idxalı zamanı büdcəyə ödəniş olubmu?”






Xəbər 13864 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +