Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


21.02.2018  17:18 

Qalmaqallı polis rəisi işdən çıxarıldı





A+  A-

Daxili işlər naziri Ramil Usubovun əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi Rəhim Zalov tutduğu vəzifədən azad edilib.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hələ ki, onun yerinə təyinat həyata keçirilməyib. Onun işdən azad edilməsi DİN tərəfindən keçirilən xüsusi yoxlamalarla əlaqədardır. Onun işdən çıxarılmasına səbəb işdə yol verdiyi nöqsanlar olub.

Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsindən “Qafqazinfo”ya bildirilib ki, R. Zalov hazırda səhhəti ilə əlaqədar Bakıdadır və müalicə olunur.

Qeyd edək ki, R. Zalovun bir neçə dəfə yol qəza hadisələri törətməsi barədə mətbuatda məlumatlar yayılıb. Sonuncu dəfə onun 2017-ci ilin dekabr ayında qəza törətməsi haqda mediada xəbər yayılmışdı. Xəbərə görə, Rəhim Zalov idarə etdiyi 20-YP-030 dövlət nişanlı avtomobillə işıqforun qırmızı işığında hərəkət edib və piyada zolağında yolu keçmək istəyən yeniyetmə qızın üzərindən keçib. Piyada ağır xəsarət alıb.

Xəbər 3512 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +