“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


08.02.2018  16:49 

Şamaxıda müəllimlərin həyatı təhlükədə - “Bizə kömək edin!”





A+  A-

Şamaxı rayonunda bir qrup müəllim təhlükəsizliyini qorumaq məqsədi ilə Ölkə prezidentinə müraciət edib.
XəzərNews.az bildirir ki, rayonun şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin 10 müəllimi AzNews.az-a məktubla müraciət edib. Müraciətdə onlar məktəbin direktoru Gülnurə Babaşova tərəfindən təhdid, şər və böhtana məruz qaldıqlarını qeyd edirlər:

“Biz 10 nəfər müəllim, qarşılaşdığımız haqsızlıqla, yəni dərs saatlarının düzgün bölünməməsi ilə bağlı Təhsil Nazirliyinə ərizə ilə müraciət etdik. Yüksək bal toplayan müəllimlərin dərs saatları onlardan alınıb, aşağı bal toplayan müəllimlərə verilib. Bu, necə ola bilər? Bizdə Sədaqət müəllimə var, 41 bal toplayib, üstəlik də titulları var, amma ona cəmi 18 saat dərs verilib. Direktor onunla yola getmir. Səbəbi də budur ki, o müəlliməni gözü götürmür. Başqa səbəbləri də var. Amma ən mühim səbəbi başqadır. 3 il bundan əvvəl direktor Sədaqət müəllimədən “aylıq” istəyib. Lakin o, “aylıq” verməyə etiraz edib. O gündən bu günə kimi direktor bizi dərs saatlarının verilməsinə görə incidir. Urəyi necə istəyirsə, elə də hərəkət edir”.

Haqsızlıqla barışmayan müəllimlər yazırlar ki, onlar indi dərs saatlarının kəsilməsi probleminin həllinə deyil, artıq həyati təhlükəsizliklərinin təmin olunmasına çalışırlar:

“İndi bir problemi var - təhlükəsizliyimiz. Təhlükəsizliyimizi tələb edirik. Direktor bütün günü məktəbdəki müəllimlərə şər, böhtan atmaqla məşğuldur. Belə bir direktor təhsil müəssisəsində qala bilməz. Məktəbin xadiməsi onun tapşırığı ilə bütün günü ərizədə adı olan müəllimləri güdür. Soruşanda deyir ki, “məni direktor göndərib”. Deyirik ki, “bizi otağımızda deyil, sinif otağında necə dərs dediyimizi izlə”. Belə olan şəraitdə məktəbə necə getmək olar? O, bizim ərizəmizi geri götürmək üçün təhdid edir, korrupsiya idarəsinə verəcəyi ilə təhdid edir, hədələyir. Odur ki, biz 10 nəfər müəllim, təhlükəsizliyimizin təmin edilməsi məqsədi ilə Ölkə prezidentinə, Birinci vitse-prezidentə və Təhsil Nazirliyinə teleqram vurmuşuq. Bizə kömək edin...”

Qeyd edək ki, Şamaxı rayonunda məktəb direktoru rüşvət almaqda ittiham olunur. Rayonun şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbin direktoru Gülnurə Babaşovanın, rəhbərlik etdiyi təhsil ocağında müəllimlərdən siyahı üzrə pul tələb etdiyini əks etdirən səs yazısı yayılıb. Səs yazısında direktor müəllimlərdən ötən aydan ödənilməyən işıq pullarının və hər ay yığılan “aylıq” pullarının verilməsini tələb edir: “Sonra deməyin ki, maaşı aldım, vacib oldu xərclədim. Bəri başdan işiq pulunu və aylığı verin” deyir.

Təhsil Nazirliyi isə saytımıza açıqlamasında bu barədə məlumatlı olduqlarını və tərəflərindən araşdırma aparıldığını bildirib.

Direktorun müəllimlərdən pul tələb etdiyini əks etdirən SƏS YAZISI




Xəbər 1495 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +