İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


20.02.2018  15:09 

“Onların hazırda heç bir sosial bazası yoxdur” - Əlisahib Hüseynov





A+  A-

“Xaricdə yaşayan bir qrup azərbaycanlı tərəfindən Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərinin ləğv olunmasını tələb edən petisiya yaradılması xəbəri mənim üçün sözün doğrusu, gözlənilməz olmadı, amma məni bir xeyli düşündürdü”.
XəzərNews.az xəbər verir ki, bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.

O qeyd edib ki, əvvəlcə petisiya tərtibçilərinin tərkibinə nəzər saldım və onların iddialarını gözdən keçirdim, onların tərkibi də, iddiaları da həm təəssüf hissi, həm də acı gülüş doğurur: “Axı seçkilərin vaxtının dəyişdirilməsində və növbədənkənar seçkilərin təyin edilməsində qeyri-adi və qeyri-qanuni nə var? Bu adamlar məgər Azərbaycan qanunlarını heç olmasa bircə dədə də olsa açıb oxumurlar ki? Aprelin 11-nə təyin edilən prezident seçkiləri Azərbaycanın qanunlarına da, dünya təcrübəsinə də tam uyğundur. Bu aksiomaya qarşı çıxmaq və qarşıdakı seçkiləri qanundankənar hesab etmək qərəzdən başqa bir şey deyil”.

Partiya sədri əlavə edib ki, sözün açığı, bu petisiyanın təşkilatçılarının hüquqi savadlarına və dünyagörüşlərinin genişliyinə məndə dərin şübhələr var. Onların açıq-aşkar hüquqi nihilizmi bir daha onu sübut edir ki, Avropada yaşamaq hələ sivil olmaq, qabaqcıl düşüncəyə sahib olmaq demək deyil: “Bu adamlar sosial şəbəkələr üzərindən, sayt və internet tv-lər üzərindən 11 aprel seçkilərinin boykot edilməsi üçün əllərindən gələni edirlər. Üstəlik də mövcud Azərbaycan hakimiyyətinə qarşı, dövlət başçısına qarşı qeyri-etik ifadələr işlətməkdən də çəkinmirlər. Sual olunur: bunlara kim bu cəsarəti verir? Bunlar Avropaya müasir dünya dəyərlərini mənimsəmək, sivil dünyanın bir parçası olmaq üçünmü gediblər, yoxsa, vandalizm ruhunu mənimsəmiş aqressiv, barbar bir sosial zümrəyə, kütləyə çevrilmək üçünmü gediblər? Bu insanları Azərbaycana qarşı qızışdıran, onlardan əlaltı kimi, alət kimi istifadə edən gizli qüvvələrin məqsədi nədir?”

Ə.Hüseynov bildirib ki, məsələ aydındır, Avropa və müasir dünya dəyərlərindən danışan bu şəxslərin bu cür addımları əslində ölkə qanunvericiliyinə də, beynəlxalq hüquq normalarına da zidd olan bir hərəkətdir: “Sırf öz şəxsi maraqlarına görə Avropa ölkələrinə yaşamağa getmiş bu mənfəətçi, fürsətçi insanlar guya Azərbaycanda təqib və təhlükə altında yaşamaqdan qaçaraq Avropa ailəsinə sığındıqlarını iddia etsələr də, ancaq əsas məqsədləri Azərbaycanda fikir çaşqınlığı və qarşıdurma yaratmaqdır. Və bu da yeni hadisə deyil. Biz seçkiöncəsi situasiyanı bu cür gərginləşdirmək cəhdlərini əvvəllər də çox görmüşük. Açığını deyim ki, bu, zəiflərin və qorxaqların davranışıdır. İstər Avropada petisiya yaradanlar, istərsə də onların Azərbaycan müxalifətindəki havadarları da açıq və sivil seçki mübarizəsinə girməkdən çəkinirlər. Çünki öncədən labüd məğlubiyyətlərinin fərqindədirlər”.

Partiya sədrinin fikrincə, onlar bilirlər ki, seçkilərdə qalib gəlməyin yeganə yolu xalqın etimadını qazanmaqdan keçir: “Lakin onların hal-hazırda heç bir sosial bazası yoxdur. Bu, gün kimi aydın həqiqətdir. Və bu həqiqəti onlar özləri də yaxşı başa düşürlər. Odur ki, belə bir situasiyada yeganə çıxış yolu kimi qarayaxma kampaniyasına başlayırlar. Bu yolla seçkilərin nəticəsini indidən şübhə altına salmağa çalışırlar. Ancaq onlar bilsinlər ki, bu cəhdləri həm səmərəsizdir, həm də ki, siyasi korluq nümunəsidir. Onlar bir həqiqəti də bilməlidirlər ki, seçkiləri ləğv etməyə çağırmaq vətənpərvərlik və qəhrəmanlıq deyil, acizlikdir”.

Xəbər 1196 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +