Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


19.02.2018  11:12 

Ermənipərəst jurnalistlə azərbaycanlı milyarderin görüşü: Pərdə arxasında qalan detallar





A+  A-

Fərhad Əhmədovu Putinin Yaxın Şərq maraqlarını pozmağa çalışan MKİ agenti və ermənipərəst jurnalistlə birləşdirən nədir?
Bundan əvvəlki -“Məsud Bərzani ilə ortaq olmaq Fərhad Əhmədovu bitirir” yazımızda milyarder soydaşımızın türkiyəli yazar Negehan Alçı və onun əri Rasim Ozan Kütahyalı ilə görüşündən və bu görüşün detallarından ətraflı bəhs etmişdik. Bu yazımızda isə diqqəti Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun görüşməyə zərurət duyduğu həmin media mənsublarının kimliyinə çəkməyi vacib bildik.



Kimdir Negehan Alçı? İnternet axtarış motorlarında adını yazsanız barəsində ən çeşidli məlumatlara rast gələcəksiniz? Türkiyənin özündə belə ziyalı çevrələrində birmənalı qəbul edilməyən, ziddiyyətli bir personaya malik jurnalistdir. Atatürkçülükdən antiAtatürkçülüyə, Ərdoğançılığıa qədər ziddiyyətli həyat yolu keçmiş Nagahan Alçının adını Azərbaycan oxucusu ilk dəfə bizim Xarici İşlər Nazirliyinin onu persona-non-qrata elan etməsi ilə eşitdi.

Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilmiş və işğal altında saxlanılan ərazilərimizə İrəvan üzərindən səfər edən və səfəri ilə bağlı yazdığı köşə yazısında Qarabağı “erməni torpaqları” kimi şəkilləndirən Negahan Alçının adının bizim xarici siyasət idarəmiz tərəfindən “qara siyahı”ya salınması nə qədər anlaşılan idisə, sonradan onun həmin siyahıdan çıxarılması və hətta ölkəmizə dəvət edilməsi bir o qədər anlaşılmaz idi. Dəvəti qəbul etməyən, sonradan isə ölkəmizə Rəcəb Tayyib Ərdoğanla birlikdə gələn jurnalistlər arasında Bakıya təşrif buyuran xanım köşə yazarı geri qayından sonra da Anadolular demiş. “yapacağını yapdı”.



Sanki mayası Azərbaycana qarşı nifrətlə yoğrulmuş bu jurnalist Bakı səfərinə həsr olunmuş yazısında ölkəmizin “Bir ailənin ipotekasında...” olduğunu yazdı. Bəs elə isə milyarder Əhmədovu təpədən-dırnağa Azərbaycana nifrətlə dolu olan bu qadın jurnalistlə görüşməyə vadar edən nə idi.

BUNU DA OXUYUN: Nagehan Alçı`nın “ipotek” sözleri Azerbaycan`da nasıl yankılandı

Negahan Alçı o jurnalistdir ki, Fərhad Əhmədovun atasının doğulub böyüdüyü torpaqları “erməni torpaqları”, Fərhad Əhmədovun özünü isə kürd adlandırır, Xankəndini “Stepanakert” kimi təqdim edərək mötərizədə “azərilər Xankəndi deyirlər”, kimi qeyd verir- baqa sözlə, əsl adı “Stepanakertdir”, deyir. Bundan əlavə, vurğuladığımız kimi, hər fürsətdə Azərbaycan dövlət başçısı və ailəsini qaralamaqdan çəkinmir. Elə isə guya Azərbaycan rəhbərinin dostu olduğunu hər fürsətdə vurğulayan F. Əhmədov həmin rəhbərə nifrət püskürən bir jurnalisti öz bahalı yaxtasında niyə qonaq etsin ki?



Bu görüşün Fərhad Əhmədovun biznes maraqlarından doğduğunu və səbəbləri barədə ötən yazımızda qeyd vermişdik. Lakin nəzərlərinizi başqa, daha ciddi bir məqama yönəltməyi lazım bilirik. Negahan Alçının ABŞ Mərkəz Kəşfiyyat İdarəsinə işləməsi barədə artıq Türkiyə ictimaiyyətində qəti əminlik var. Bu iddia qardaş ölkənin çox mötəbər media mənsubları, yazarları, ictimai-siyasi xadimləri tərəfindən dəfələrlə qaldırılsa da, xanım jurnalist həmin şəxsləri məhkəməyə verməyə cəsarət etməyib.

Negahan Alçı artıq Mərkəzi Kəşfiyyat İdarəsinin ifşa olunmuş agenti sayıla bilər. Qaynağımızın iddiasına görə, Fərhad Əhmədovun Negahan Alçı və Məsud Bərzani ailəsinə yaxın olan əri Rasim Ozan Kütayhalı ilə görüşünü təşkil edən də Mərkəzi Kəşfiyyat İdarəsi olub. Məhz ABŞ xüsusi xidmətinin göstərişinə uyğun olaraq görüş dənizdə, xüsusi təyinatlı yaxtada təşkil edilib ki, danışıqları qeydə almaq mümkün olmasın (bu, danışıqların qeydə alınmasını önləmək üçün xüsusi xidmətlərin tətbiq etdiyi köhnə üsuldur.) Mərkəzi Kəşfiyyatının və yəhudi lobbisinin təşviqləri ilə Şimali İraqa investisiya qoymağı planlaşdıran Fərhad Əhmədovun planlarının baş tutmadığı və bunun səbəbləri barədə əvvəlki- II yazımızda şərh vermişdik.



XəzərNews.az milliyol.az-a istinadən bildirir ki, əsas diqqətçəkici məsələ isə Fərhad Əhmədovun antiAzərbaycan, ermənipərəst, ABŞ kəşfiyyatına çalışan bir jurnalistlə danışıqlar aparmasıdır. Görünür, cənab milayarder üçün biznes maraqları hər şeydən üstündür. Dediyi sözlərdən də, mənsub olduğu xalqın maraqlarından da. Əks təqdirdə, belə bir mövqedə olan ictimai fiqurla danışıq aparmaz, onun vasitəçiliyindən faydalanmaq istəməzdi və ən əsası Putinin Yaxın Şərq maraqlarını pozmağa çalışmazdı. Ancaq ola da bilər ki, soydaışımızı ABŞ kəşfiyyatının sözündən çıxmasına mane olan səbəblər var.

Bu barədə isə növbəti yazımızda.

Xəbər 3116 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +