İranda 5,2 bal gücündə zəlzələ olub
Dənizdə dalğanın hündürlüyü 6,6 metrə çatıb
Binyamin Netanyahunun məhkəməsi başlayır
Moskvada ölü sayı 2 minə yaxınlaşır
Rusiyada son sutkada 36 meşə yanğını
Ermənistan Gürcüstandan üzr istədi
İsrail baş nazirinin məhkəməsi başlayır
Atəşkəs sutka ərzində 22 dəfə pozulub
Ermənistan Gürcüstandan üzr istədi
“Azəriqaz” gücləndirilmiş rejimdə çalışacaq


17.02.2018  18:35 

Daha 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edildi





A+  A-

Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) daha yeddi nəfərin Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi məsələsinə baxıb.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, iclasda prezidentliyə namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyevin, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Asif Məmmədovun, prezidentliyə namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülmüş Fərəc Quliyevin, prezidentliyə namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülmüş Razi Nurullayevin, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Elşən Həsənovun, prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) tərəfindən irəli sürülmüş Araz Əlizadənin, prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası (MMP) tərəfindən irəli sürülmüş Hafiz Hacıyevin namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi məsələsinə baxılıb.

MSK katibi Arifə Muxtarova bildirib ki, həmin şəxslərin prezidentliyə namizədliklərinin irəli sürülməsinin təsdiq edilməsi üçün hüquqi əsaslar mövcuddur. Sonra hər bir prezidentliyə namizədin namizədliyinin irəli sürülməsinin təsdiq olunması məsələsi ayrı-ayrılıqda səsə qoyulub və təsdiq edilib.

Daha sonra prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələri qeydə alınıb.

Sonda cari məsələlərə baxılıb.

Xəbər 844 dəfə oxunub.



24.05.2020  08:43 

Bu gün Ramazan bayramıdır

23.05.2020  18:16 

Faktiki hava AÇIQLANDI

23.05.2020  13:48 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +