“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


16.02.2018  18:43 

Təhsil Nazirliyi: “Şagirdlər kifayət qədər çox imtahan verirlər“





A+  A-

Orta təhsil müəssisələrində 2014-2018-ci tədris ili üçün summativ qiymətləndirmə ilə bağlı dəyişikliklərin edilməsində məqsəd şagirdlərin dərs və imtahan yükünü azaltmaqdır.
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, aparılan təhlillərə əsasən, şagirdlər kifayət qədər çox imtahan verirlər: "Şagirdlərin tez -tez psixoloji gərginlik yaşaması düzgün deyil. Birinci sinifdə təhsil alan şagirdlər məktəbə gəlib çatmamış onları imtahan edirik. Bunu nəzərə alaraq, summativ qiymətləndirmənin sayının əsaslı şəkildə azaltmağa çalışırıq. Yeni layihə hazırlanarkən beynəlxalq təcrübə öyrənilib. Bu cür dəyişikliklər təhsilin keyfiyyətinə fayda verəcək".
E.Əmrullayev qeyd edib ki , q iymətləndirmə ilə bağlı dəyişikliklərin edilməsi bəzi mübahisəli məqamların da həllinə imkan verəcək.

O əlavə edib ki, v alideynlər eyni gündə bir neçə summativin keçirilməsindən narazı qalırdılar. Bu məsələnin həlli üçün yeni sənəd layihəsində gün ərzində keçiriləcək summativlərin maksimum sayı müəyyən edilib: "Hesab edirik ki, gün ərzində 3-dən çox summativ qiymətləndirmə olmamalıdır. Eyni zamanda, başqa mübahisəli məsələlərdən biri summativlərin müddəti ilə bağlı idi. Bəzi müəllimlər summativləri 30, bəziləri isə 45 dəqiqə müddətində edirdi. İndi isə kiçik summativ qiymətləndirilmənin (KSQ) keçirilmə müddətinin 45 dəqiqə olması təklif olunub".

E.Əmrullayev bildirib ki, digər mübahisəli məqamlardan biri şagirdlərin yekun qiymətinin müəyyən edilməsi ilə bağlıdır: " "Indi ş agirdlər həm 3 və 4, həm də 3 və 5 qiyməti alanda, yəni hər iki halda ona yekunda ortalama 4 qiyməti verilirdi. Yeni layihədə summativlərdə şagirdlərin biliyinin balla qiymətləndirilməsi və yekun nəticənin də bala əsasən müəyyən edilməsi təklif edilir. Yəni yarımillik qiymət hesablandıqda KSQ-lərin qiymətləri deyil, toplanan ballar toplanacaq. Balla hesablama həm mübahisə yaratmayacaq, həm də şagirdlərdə oxumağa həvəs yaradacaq. Onlar hər dəfə ballarını yüksəltməklə qiymətlərini yüksəltmiş olacaqlar. Yeni layihə biliyin ölçülməsi baxımından qiymətlərin daha düzgün müəyyən edilməsinə yardım edəcək ".

E.Əmrullayev deyib ki , yeni layihədə ş agirdlər üçün bal şkalası da aşağı salınıb: "Misal olaraq, şagird 3 qiyməti almaq üçün 40 bal toplamalı idisə, indi onu 30 bala salmışıq. Layihədə hər kəsin istədiyi kimi imtahan keçirməmək üçün imtahan suallarının sayı və mahiyyəti ilə bağlı məsələlərə də aydınlıq gətirilib".

E.Əmrullayev m əktəbdaxili qiymətləndirmə ilə bağlı ilkin sənədin 2009-2010-cu illərdə hazırlandığını da söyləyib.

O əlavə edib ki, hazırda layihə aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir. Dövlət İmtahan Mərkəzi artıq layihəyə rəyini təqdim edərək onu dəstəklədiyini bildirib.

Qeyd edək ki, Təhsil Nazirliyinin hazırladığı yeni layihədə 2018-2019-cu tədris ilindən orta məktəblərdə summativ qiymətləndirmələrin sayının azaldılması, 1-ci siniflərdə summativ qiymətləndirilmənin ümumiyyətlə ləğv edilməsi, bəzi siniflərdə isə Böyük Summativ Qiymətləndirmənin keçirilməməsi təklif edilir.

Xəbər 1862 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +