Bu süd məhsullarını almayın
Ata olacaqdı, balıq tutarkən boğulub öldü
Bazar günü 40 dərəcə isti olacaq
Ukraynada otel yandı - 8 ölü
İki gün qaz olmayacaq
Günahsız yerə 26 il həbs yatdı, 1 milyon təzminat alacaq
Ucar polisi naməlum məxluqu tutmağa çalışır
Dünənki 6 qəzada 6 nəfər ölüb
Bakıda 34 dərəcə isti olacaq
Qaz olmayacaq


16.02.2018  17:23 

AzTV-də nə baş verir?





A+  A-

Bir müddət əvvəl Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun işdən çıxardığı xanım əməkdaş yenidən işə qaytarılıb.
XəzərNews.az BakuPost-a istinadən xəbər verir ki, söhbət AzTV-nin informasiya proqramları studiyasının direktoru Mehriban Məmmədovadan gedir. TV-dəki mənbələrdən saytımıza verilən məlumata görə, M. Məmmədova bir neçə gün əvvəl köhnə işinə bərpa olunub və artıq işə başlayıb.

Xatırladaq ki, BakuPost M. Məmmədovanın Arif Alışanovla problemi yarandığı, bu səbəbdən işdən çıxarıldığı ilə bağlı məlumat tirajlayanda o, mətbuata açıqlamasında vəzifsindən öz ərizəsi ilə getdiyini bildirmişdi: "İşdən öz ərizəmlə çıxmışam. İnsan bir yerdə daimi işləyəsi deyil. Hər kəs iş yerini dəyişə bilər. Amma təəssüf ki, kimlərsə bunu şişirdərək başqa müstəviyə çəkiblər. Arif Alışanov sədrdir, mən studiya direktoru. Studiya direktorunun sədrlə nə problemi ola bilər ki? Rəhbər kimi də mən ondan yalnız yaxşılıq görmüşəm”.

Əldə etdiyimiz məlumata görə, o, işdən öz ərizəsi ilə getsə də, arada narazılıq olub. Studiya direktoru TV-dəki söz-söhbətlər və gərginliklər səbəbindən işdən getmək məcburiyyətində qalıb. Məsələnin mətbuatda tirajlanması isə onun xeyrinə işləyib.

İnformasiyada AzTV-nin xanım əməkdaşının ötən il jurnalistlər binasında mənzillərin təqdimetmə mərasimində prezident qarşısında çıxış edən iki jurnalistdən biri olması vurğulanırdı. Görünür, belə biri şəxsin AzTV-dəki işindən uzaqlaşdırılması yuxarı dairələrin də diqqətini çəkib və sonda məsələ onun işə qaytarılması ilə nəticələnib.

Məlumat üçün bildirək ki, bu, Alışanovun işdən çıxardıqdan sonra geri qaytardığı ilk işçisi deyil. Belə ki, o, bir müddət əvvəl də uzun illər AzTV-də çalışmış, lakin işdən çıxarılmış bədii rəhbər Etibar Babayevi də köhnə vəzifəsinə qaytarıb.

Xəbər 1274 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.08.2019  15:38 

Bu süd məhsullarını almayın

17.08.2019  12:16 

Ukraynada otel yandı - 8 ölü

17.08.2019  11:09 

“Barselona” ilk turda uduzdu

17.08.2019  10:43 

İki gün qaz olmayacaq

17.08.2019  10:21 

Adriana Amerika vətəndaşı oldu

16.08.2019  14:49 

Dünənki 6 qəzada 6 nəfər ölüb

16.08.2019  13:18 

Bakıda 34 dərəcə isti olacaq

16.08.2019  10:48 

Qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +