DSX düşmən təxribatının qarşısını aldı
İmkansız vətəndaşlara yardım ediləcək
Yalnız bu halda evdən çıxa bilərsiniz
Çağırış müddəti mayın 31-dək uzadıldı
Sarıkökün orqanizm üçün faydaları
Neft 20 dollara düşdü
Onlayn sınaq imtahanları pulsuz olacaq
Sabahın hava necə olacaq?
Olimpiya Oyunları nə zaman keçiriləcək?
DİM şagirdlərə müraciət etdi


16.02.2018  10:14 

Virtual müxalifətin veteran “troykası”





A+  A-

Müxalifət liderləri namizədliklərini irəli sürüb xalqın içinə çıxıb görüşlər, söhbətlər aparmaq əvəzinə günlərini “virtual çayxana”da qeybət etməklə və hakimiyyətə, o cümlədən onu dəstəkləyən xalqa təhqir yağdırmaqla keçirirlər...
Prezident seçkiləri yaxınlaşmaq üzrədir. Məntiqlə indi müxalif düşərgədə seçkiqabağı planlaşma və seçicini necə əla almağın yolları axtarılmalı idi. Böyük siyasi partiyalar namizəd irəli sürməli, bu namizədlərin heç olmasa 5 ildə bir dəfə xalqın içinə necə çıxacaqları, görüşlər keçirəcəkləri, təbliğat-təşviqat işlərini necə aparcaqlarının düsturunu tapmalı idilər. Lakin müşahidələrdən görünür ki, burada situasiya tamam ayrı cürdür. Bəzi siyasi partiyalar namizəd irəli sürsələr və sürəcəklərini bəyan etsələr də, radikallığı ilə tanınan bəzi müxalifət “liderləri” və onların qulbeçələri vaxtlarını “virtual çayxana”larda (sosial şəbəkələrdə) hakim partiya liderlərinin, dövlət rəhbərlərinin və onları dəstəkləyən xalqın ünvanına ağzına gələn təhqirləri yazmaq və böhtan kampaniyası aparmaqla keçirirlər.

Hazırda radikal müxalifət düşərgəsində ziddiyyətli proseslər baş alıb gedir. Bir tərəfdən radikal “lider”lər bəyan edir ki, bəs, biz güclüyük, xalq bizi dəstəkləyir, digər tərəfdən isə əsassız bəhanələrlə seçkidə iştirakdan imtina edib cığallıq edirlər. Gedən proseslərdən görünür ki, bütövlükdə müxalifətin seçkidə hansısa kiçik bir uğur qazanması belə mümkün olmayacaq. Çünki bu müxalif partiya rəhbərləri ölkədə yaradılmış demokratik şəraitdən yararlanmaq, seçicilərin etimadını qazanmağa çalışmaq əvəzinə məğlubiyyətlərinə indidən bəhanə axtarmaqla məşğuldurlar.

Məsələn, Müsavat Partiyasının əbədi fəxri sədri İsa Qəmbər əlində bəzi media orqanları və sosial şəbəkələrdə təbliğat səhifələri olmasına, bir neçə siyasi partiyadan da dəstəklənməsinə baxmayaraq normal səs toplaya biləcəyinə arxayın deyil. Bu səbəbdən də seçkidə iştirakdan, yəni açıq meydanda demokratik mübarizədən qaçır və buna cürbəcür bəhanələr gətirir. Adam 90-ların abı-havasından hələ də çıxa bilmir və siyasi təfəkkürü oralarda ilişib qalıb. Bir dartıb çıxaran da yoxdur ki, ordan bəri keçə. Heç olmasa 2003-cü ilə... Həmin ildəki proseslərin lentini təkrar qoyasan baxa ki, ölkədə nə hoqqalar çıxardı, xalqı necə aldatdı və nəticəsi necə oldu? Bütün bunlar bizim yaxşı yadımızdadır. Çox da uzaq keçmiş deyil.

Hələ ölkənin sərvətlərini talayaraq milyonlar oğurlayan və qaçıb okeanın o tayında özünə VİP sığınacaq tapan Rəsul Quliyevin açıqlamaları lap komediyadır. Bu adam hakimiyyəti də söyür, müxalifət liderlərini də. Dediyindən belə çıxır ki, ölkədə ən ali posta yeganə layiqli namizəd bu özüdür. Halbuki, xalqımız onu yaxşı tanıyır və yüksək vəzifələrdə işləyərkən xalqın pullarını oğurlayaraq Amerikada cah-cəlalla yaşayan bir adamın xalqın dərdini anlamayacağına dəqiq əmindir. Buna da necə deyərlər, bir quş!

Ya da götürək AXCP sədri Əli Kərimlini. Bu adamın rəqibləri (çox böyük ehtimalla bunlar partiyalar birləşdikdə onun sədr olmasını istəməyən Müsavat və s. bu kimi partiyaların funksionerləridir) keçən seçkiqabağı onun ermənilərlə işbirliyini açıq ortaya qoymadılarmı? Müxalifətdəki “dost”ları erməni mediasının Əli bəyə niyə dəstək verdiyini qabartdılar və məsələ aydın oldu. Bizim media da erməni mediasına istinadla bu xəbərləri yaydı və Əli bəyin onsuz da pis olan reputasiyası daha da pisləşdi.

Bu Əli bəy danışanda “ağzına çullu dovşan sığışmır”. Bir zamanlar hətta prezidentlik davası döyən adam indi adicə deputat seçiləcəyinə belə arxayın deyil. Nədən olsun ki? Xalqın hər kəsi yaxşı tanıdığını bilir. Azərbaycan axı balaca ölkədir, az qala hər kəs hər kəsi yaxından tanıyır. AXCP-nin bir üzvünü belə deputat seçdirmək üçün gücü çatmırsa, o zaman bu partiya və onun lideri kimə və nəyə lazımdır ki? Ayıbdır vallah. Sonra da deyirlər ki, bəs ölkədə şərait yoxdur, bizə təzyiq edirlər filan.

Adamlar xalqın içinə çıxıb görüşlər, söhbətlər aparmaq əvəzinə günlərini “virtual çayxana”da qeybət etməklə keçirirlər. Bunlar üçün ənənəvi məsələ budur - virtual qəhrəmanlıq. Bunların başqa nə işi ola bilər ki? Ciddi namizədlər isə onlara demək istəyir ki, boş-boş camaatın başını ağrıtmayın, gedin başqa işlə məşğul olun, ayıbdır! Bu çayxana mövzularından əl çəkin! İndi sizin üçün 90-cı illər deyil.

Sonra da deyirlər ki, bəs ölkədə güclü müxalifət var, amma imkan verilmir ki, özümüzü göstərək. Deyirəm adamda necə və neçə sifət ola bilər ki, özünü ortalığa atıb desin ki, bəs mən də müxalifətəm və cəmiyyətdə nüfuzum var. Seçkidən sonra da qışqırıq-bağıracaqlar ki, bəs qoymayın xalq bizə səs verəcəkdi, seçəcəkdi, amma hakimiyyət qoymadı-filan.

Bu ona bənzəyir ki, bir turnirdə rəqib bokçulardan biri rinqə çıxmır, döyüşməkdən imtina edir, sonra da jurnalistlərə açıqlama verir ki, bəs, mən güclüyəm, döyüşsəm qalib gələcəkdim, “prosta” özüm döyüşmədim.

Seçkilər sosial şəbəkələrdə keçirilmir cənablar, seçki məntəqələrində keçirilir. Ordakı bülletenlərdə hansı namizədlərin adları varsa Məmməd dayı ilə Gülbadam xala da onlardan birini seçəcək.

Məncə builki seçkilər bügünkü müxalifətin cığallıq edə bildiyi son seçkisi olacaq. O biri seçkilərdə artıq xalqımız yeni müxalifət görəcək. Bu, eynilə də liderlərə aiddir. Veteran liderləri nəhayət meydanı gənclərə buraxmağa məcbur olacaqlar. Ölkənin siyasi həyatına yeni nəfəs gələcək və müxtəlif siyasi qütblərin normal demokratik mübarizəsi şəraitində xalq öz rəyini seçkilərdə ifadə edib ölkənin taleyini kimə tapşıracağına qərar verəcək.


Elçin Bayramlı

Xəbər 2581 dəfə oxunub.



30.03.2020  17:50 

Dolların sabaha olan MƏZƏNNƏSİ

30.03.2020  11:18 

Neft 20 dollara düşdü

29.03.2020  22:16 

Korona və virus - Qorxulu kabus

29.03.2020  14:48 

Sabahın hava necə olacaq?

29.03.2020  10:38 

DİM şagirdlərə müraciət etdi

29.03.2020  10:14 

Rüştü koronavirusa yoluxub


BÜTÜN XƏBƏRLƏR +