Rusiya Türkiyədən “KALKA” istədi
Bu sürücülər 40 manat cərimələnəcək
Laçınlı şairin atasının sevincdən ürəyi dayandı
Gürcüstanda xəstəxanaya silahlı hücum edildi
Sabah hava necə olacaq?
Təhsil Nazirliyi vaxtı uzatdı
Paşinyan məhkəmədə uduzdu
Pentaqon İŞİD-ə qarşı bu birliyi ləğv etdi
Laçının təhsil statistikası açıqlandı
Trampın müşaviri istefa verdi


15.02.2018  16:12 

Qida Təhlükəsizliyi Agentliyinə direktor müavini təyin olundu





A+  A-

Prezident İlham Əliyevin 14 fevral sərəncamı ilə Rüfət Bünyat oğlu Rüstəmzadəni Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.
Agentlikdən XəzərNews.az-a verilən məlumata görə, Rüfət Rüstəmzadə 1975-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb. Əmək fəaliyyətinə 1996-cı ildə başlayıb. 1996-2002-ci illərdə illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dünya Bankının İnstitusional Quruculuğa Birinci Texniki Yardım Layihəsinin işçi qrupunda müxtəlif vəzifələrdə çalışıb. 2002-2007-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dünya Bankının İnstitusional Quruculuğa İkinci Texniki Yardım Layihəsinin işçi qrupunun direktoru olub.

2007-2010-cu illərdə “Caspian Biznes Consaltinq” MMC-nin idarəedici tərəfdaşı, 2010-2013-cü illərdə isə Liviya – Azərbaycan QSC-nin İdarə Heyətinin sədri kimi əmək fəaliyyətini davam etdirib. 2014-cü ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Strateji planlaşdırma və beynəlxalq layihələr şöbəsinin müdiri vəzifələrində çalışıb. Rüfət Rüstəmzadə daha sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləyib.

Xəbər 602 dəfə oxunub.



01.12.2020  12:43 

Sabah hava necə olacaq?

01.12.2020  12:28 

Təhsil Nazirliyi vaxtı uzatdı

01.12.2020  12:09 

Paşinyan məhkəmədə uduzdu

01.12.2020  09:32 

Trampın müşaviri istefa verdi


BÜTÜN XƏBƏRLƏR +