Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


13.02.2018  20:28 

Azərbaycan müəllimləri bəyanat yaydılar





A+  A-

Azərbaycan müəllimlərinin təşəbbüs qrupu aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
XəzərNews.az məlumatına görə, bəyanatda deyilir:

"Müstəqil Azərbaycan çağdaş tarixinin ən şərəfli dövrünü yaşayır. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin 2003-cü ildən ölkəyə rəhbərliyi Azərbaycanın müstəqillik tarixinin əsl intibah, inkişaf mərhələsi olmuş, dünyada dövlətimizin qüdrəti və siyasi nüfuzu möhkənlənmiş, Vətənimiz regionun lider dövlətinə çevrilmişdir.

2003-cü ildə prezident seçkiləri öncəsi Ulu öndər Heydər Əliyevin İlham Əliyev haqqında uzaqgörənliklə söylədiyi “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” müdrik kəlamının həqiqət olduğunu tarix və zaman bütün dünyaya göstərdi. Belə ki, cənab İlham Əliyev Ulu öndərin siyasi kursunu, milli inkişaf siyasətini dönmədən və uğurla həyata keçirərək ölkənin sosial-iqtisadi və mədəni həyatının davamlı inkişaf strategiyasını formalaşdırdı.

Digər sahələrdə olduğu kimi, müstəqil Azərbaycanda əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli təhsil quruculuğu və siyasəti də məhz Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə dönməz xarakter almış, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası yönündə uğurlu addımlar atılmışdır.

Bu illərdə təhsilin inkişafı ilə bağlıbir çox dövlət proqramları qəbul edilmiş, onların icrası nəticəsində bütün pillə və səviyyələr üzrə təhsilin keyfiyyət göstəriciləri yüksəlmiş, uşaq və gənclərin təhsilalma imkanlarının genişləndirilməsi, müasir idarəetmə modellərinin tətbiqi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, ümumi təhsil müəssisələrinin pedaqoji və rəhbər kadrlarla təminatı, müəllim fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması, tədris resurslarının məzmunca yeniləşdirilməsi, maddi-texniki və tədris bazasının müasirləşdirilməsi, təhsil sisteminin müasir informasiya–kommunikasiya texnologiyaları ilə təminatı, sağlamlıq imkanları məhdud uşaqların təhsilinin təşkilisahələrində əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.

Sevindirici haldır ki, 2013-cü ildə prezident seçkilərindən dərhal sonra cənab İlham Əliyevin imzaladığı ilk sənəd - XXI əsrdə təhsilin inkişafının “yol xəritəsi” sayılan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” olmuşdur.Biz, bunu ölkə Prezidentinin təhsilə diqqət və qayğısının böyük təzahürü hesab edir və yüksək qiymətləndiririk. Hazırda həmin Strategiyada müəyyənləşdirilən hədəf və istiqamətlər üzrə islahatlar dövlət başçısının rəhbərliyi və qayğısı ilə uğurla davam etdirilir.

Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə həyata keçirdiyi “qara qızılı insan kapitalına çevirmək” siyasəti nəticəsində ölkəmizdə insan kapitalının inkişafı sahəsində böyük uğur qazanılmış, “2007-2015-ci illərdə Azərbaycanlı gənclərin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın aparıcı universitetlərində 3558 nəfər azərbaycanlı gənc ali təhsil almaq imkanı qazanmış, onlardan 1470 nəfəri artıq məzun olmuşdur. Hesab edirik ki, müstəqil Azərbaycanın intellektual potensialının zənginləşməsində, rəqabətədavamlı kadrların formalaşmasında bu addım müstəsna tarixi əhəmiyyətə malikdir.

Son 14 ildə ümumi təhsil müəssisələrinin infrastrukturunun yeniləşdirilməsi sahəsində daha böyük uğurlara imza atılmış, ötən dövrdə 3104 yeni məktəb binası tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Ölkənin ən ucqar kəndlərində belə az şagird kontingenti olan məktəb binalarının yeniləşdirilməsi məqsədi ilə modul tipli məktəblərin qurulmasına başlanmış, 2017-ci ildə 106 belə məktəb quraşdırılmış, cari ildə 137-sinin istifadəyə verilməsi nəzərdə tutulur. Dövlət başçısının böyük diqqət və qayğısı ilə həyata keçirilən bütün bu tədbirlər ümumi təhsildə keyfiyyətin yüksəlməsinə öz töhfəsini verir, xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Dünya ölkələrində baş verən qeyri-stabil maliyyə vəziyyətlərinə baxmayaraq, son illərdə Azərbaycanda müəllimlərin əməyinin stimullaşdırılması sahəsində aparılan köklü islahatlar nəticəsində ümumtəhsil məktəblərində çalışan 140 min nəfərdən çox müəllimin vəzifə maaşı iki dəfə artırılmış, dövlət başçısının rəhbərliyi ilə aparılan uğurlu təhsil siyasəti nəticəsində cəmiyyətdə müəllim nüfuzu əhəmiyyətli dərəcədə yüksəlmişdir.

Ölkə Prezidenti İlham Əliyevin 2003-2017-ci illərdə imzaladığı sərəncamlarla təhsilin inkişafında müstəsna xidmətləri olan 2000-dək müəllim fəxri adlara və müxtəlif dövlət təltiflərinə layiq görülmüşdür.

Bu bir həqiqətdir ki, Azərbaycan müəllimləri hər zaman dövlət başçısının siyasətinin təbliğatçıları və dəstəkçiləri olmuşdur. Bu, bizim prinsipial mövqeyimizdir və həmişə də belə olacaqdır.Çünkiİlham Əliyev ilk dəfə prezident seçilərkən “Mən hər bir vətəndaşın prezidenti olacağam” vədinə sadiqliyini əməli fəaliyyəti ilə sübut etmişdir.

Əziz həmvətənlər!

Siz qarşıdan gələn prezident seçkilərində Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevə səs verməklə,inanırıq ki, müstəqil Azərbaycanın gələcəyinə, milli təhsilimizin aydın sabahına, müstəqilliyimizin qarantına, ölkəmizdə əmin-amanlığa səs vermiş olacaqsınız!".

Xəbər 867 dəfə oxunub.




28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +