Üç ölkə Səudiyyəyə dəstək verdi
İlham Əliyev fərdi təqaüd ayırdı
Kabildə seçki günü 3 partlayış
Hindistanda ölənlərin sayı 61-ə çatıb
600 kq at əti müsadirə edildi
Abbasovdan 23-cü qələbə
Cəbhədə silahlar susmadı
1.1 milyard manatlıq ipoteka verilib
Qaşıqçının cəsədi haradadır?
Tramp Putinlə gələn ay görüşə bilər


13.02.2018  15:11 

“Quş qripi” ilə bağlı rəsmi xəbərdarlıq





A+  A-

Dövlət Baytarlıq Xidməti “quş qripi” ilə bağlı açıqlama yayıb.
Qurumdan XəzərNews.az-a daxil olan xəbərdə bildirilir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) son məlumatlarına istinad edərək bildirir ki, dünyanın bir sıra ölkələrində (İtaliya, Koreya Respublikası, Konqo, İraq, İran, İngiltərə, Rusiya, Əfqanıstan, Çin və digər ölkələrdə) quşlar arasında “quş qripi” xəstəliyi qeydə alınıb.

Hazırda bu xəstəlik Azərbaycan Respublikası ilə həmsərhəd olan İranın da bir çox regionlarında müşahidə edilir. Qonşu ölkədən verilən məlumata görə, İranda quşlar arasında “quş qripi” virusunun yayılması və əhalinin sağlamlığının qorunması məqsədilə 25 milyona qədər quş zərərsizləşdirilib. Həmçinin, hər gün bu xəstəliyin yayıldığı bildirilib.

Bununla əlaqədar “quş qripi” xəstəliyi baş vermiş ölkələrdən və regionlardan, o cümlədən İrandan ölkəmizə diri quş və quşçuluq məhsullarının gətirilməsinə qadağa qoyulub və bu barədə aidiyyəti qurumlara məlumat verilib.

Respublikamızın quşların “miqrasiya xətti” üzərində yerləşməsini və qonşu ölkədə “quş qripi” xəstəliyinin yayılmasını nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti əhaliyə və quşçuluq təsərrüfatlarının rəhbərlərinə təsərrüfatlarında saxlanılan quşları “quş qripi” xəstəliyindən qorumaq, qabaqlayıcı tədbirlər görmək məqsədi ilə ev və sənaye quşlarının qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılmasını tövsiyə edir.

Hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Xəbər 415 dəfə oxunub.



20.10.2018  14:36 

Kabildə seçki günü 3 partlayış

20.10.2018  13:08 

600 kq at əti müsadirə edildi

20.10.2018  11:42 

Murat Dalkılıç Bakıya gəlir

20.10.2018  11:16 

Abbasovdan 23-cü qələbə

20.10.2018  10:43 

Cəbhədə silahlar susmadı

20.10.2018  10:08 

Qaşıqçının cəsədi haradadır?

20.10.2018  09:52 

Badamdarda vəziyyət necədir?

19.10.2018  21:28 

Qəzzada 115 fələstinli yaralandı

19.10.2018  20:03 

Peterburqda zavodda partlayış oldu


BÜTÜN XƏBƏRLƏR +