Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


13.02.2018  12:11 

Nazirdən xəbərdarlıq - “Bu işi dayandırın”





A+  A-

Vergilər naziri Mikayıl Cabbarov Vergilər Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Vergilər. Şəffaflıq. İnkişaf" konfransında çıxış edərək 11 fevral vergi işçilərinin peşə bayramı günü münasibətilə əməkdaşları təbrik edib.
XəzərNews.az xəbər verir ki, nazir vergidən yayınan şirkətlərə xəbərdarlıq edib:

"Vergilər Nazirliyi öz inkişafında böyük yol keçib. Bunun müsbət və mənfi tərəfləri də olub. Vicdanlı vergi ödəyicisinə fərq qoyulacaq, onun səhv etmək haqqı olacaq. Biz vergi uçotunun bərpası ilə məşğul olacağıq. Vergi ödəyicilərini tərbiyə edəcəyik. Bir çox dünya ölkələrində olduğu kimi qanunvericilikdə olan boşluqdan istifadə edərək vergidən yayınırlar. Bəzi şirkətlər vergidən yayınmanı yaxşı bilən mütəxəssisləri işə götürürlər. Biz bunlardan məlumatlıyıq. Bir gün vergi mütəxəssisi qapınızı döyəcək. Nə qədər şirkət tanıyırıq ki, əmək haqqısı düzgün göstərilməyib.

***

Nazir çıxışında əhaliyə müraciət də edib:

"Marketkərdə kassa qəbzinin tələb edilməsi ayıb hesab edilməməlidir. Yəqin ki, evinizin altında olan dükanın satıcısı qonşunuzdur. Ondan aldığınız çörəyə görə "çek" istəsəz onun xətrinə dəyə bilərsiz. Amma fikirləşsəz ki, vergi nəyə xərclənir, onda tələb edərsiz. Vergi torpaqların qorunmasına, məktəblərin tikilməsinə, hər iki valideynlərini itirən gənclərin təhsilinə xərclənir.

Belə bir məsəl var: nəyisə dəyişmək istəyirsənsə, ilk növbədə özündən başla. Biz də ilk olaraq vergi orqanlarındakı problemlərin həllinə, şəffaf vergi sisteminin təkmilləşdirilməsinə davam edəcəyik.

Peşəkar mühasiblər barədə ayrıca danışmaq istəyirəm. Bulanıq su o şəxslərə lazımdır ki, qanunsuz yolla pul qazanmaq istəyir. Vergi hesabatı dolduran mühasib səhv edə bilər, amma saxta məlumat daxil edən mühasib bilməlidir ki, illər keçsə də, o işlərə görə məsul şəxs odur. Nə qədər ki, gec deyil bu işi dayandırın. Yoxsa biz bu işi dayandırmaq üçün fəaliyyətə başlayacağıq".

Xəbər 1655 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +