Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


12.02.2018  11:07 

İsgəndərovdan seçki öncəsi SABOTAJ - Sənədləri saxta elan edib pul istəyirlər





A+  A-

İcra başçısının adamları vətəndaşların qanuni sənədlərini saxta elan edib pul istəyirlər; ahil qadın rüşvət vermədiyi üçün evi traktorla darmadağın edilib...
Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun “qoçu dəstələri”nin qanunsuzluqları sərhəd tanımır. Yada salaq ki, fevralın 7-də özünü Binəqədi Rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinin əməkdaşı kimi təqdim edən Rəfael adlı şəxs başının dəstəsi ilə 99 saylı sahədə yerləşən Ceyran Alışan qızı Rəfiyevanın evinə hücum edib. Onlar ahıl qadının əlindəki və dövlət orqanlarının verdiyi tikintiyə aid sənədlərinə məhəl qoymayaraq hasarını uçurublar, ondan 7 min manat rüşvət tələb ediblər. Bu haqda İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov youtube kanalında çıxış edib. Hadisə yerinə gedərək sökülmüş hasarın fonunda mülk sahibi Ceyran Rəfiyeva ilə baş verənləri anladıblar.

Bundan sonra Rasim Məmmədova, vətəndaşa Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, tikintiyə aid sənədlər qanunidir, tikinti apara bilərlər, heç bir problem yaradılmayacaq. Vətəndaş tikintiyə aid eskizə əsasən evin 1-ci mərtəbəsini ucaldıb. Rasim Məmmədovun özünü isə Binəqədi Rayon İcra Hakimiyyətinə tikintiyə aid sənədlərlə bağlı söhbətə dəvət ediblər. Həmin vaxt isə Xaləddin İsgəndərov təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramovu başının dəstəsi ilə 9-cu sahəyə göndərib və ahıl qadının dövlət orqanlarının verdiyi sənədlər əsasında tikdirdiyi evini trakrorla söküb yerlə bir ediblər. Əraziyə Qüdsü Bayramovun başçılığı altında Elgün, Pərviz, Arif, Zaur, Rəfael və Orxan şəxslər göndərilibmiş.



XəzərNews.az bildirir ki, R.Məmmədov baş verən qanunsuzluqlarla bağlı “Yeni Müsavat”a bunları deyib: “2-3 gün idi ki, Xaləddin İsgəndərov ən müxtəlif adamlara zəng etdirib məni bu işdən geri çəkilməyimi istəyirdi. Zəng edənlər arasında xahiş edənlər də, hədə-qorxu gələnlərdə vardı. Mən də Xaləddin İsgəndərovun sözünü çatdıranlara dedim ki, biz vətəndaşın qanunla müəyyən edilən, Konstitusiya ilə qorunan hüquqlarının pozulmamasını, tapdanmamasını istəyirik. Bizim təşkilatın əsas məqsədi, məramı qanunların pozulmamasıdır. Fevralın 10-da 16:00-da YAP-ın Binəqədi Rayon Təşkilatının həyətindəki cay evində Xaləddin İsgəndərovun müavini Vüsal İsmayılovla oturub vətəndaşa verilən sənədlərlə bağlı müzakirə aparırdıq. İcra başçısının müavini 3 min manat rüşvət təklif elədi, stolun üstünə salfetkaya bükülmüş bağlama qoydu. Ona bildirdim ki, təşkilatımızın fəaliyyəti kimlərdənsə pul qoparmaq üçün deyil, vətəndaşlara xidmət etməkdir. Səhv edib bizə rüşvət təklif edirlər”.



R.Məmmədov deyib ki, Vüsal İsmayılovla söhbət etdiyi zaman vətəndaş Ceyran Rəfiyeva ona zəng edib: “Dedi ki, Xaləddin İsgəndərov təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramovu başının dəstəsi ilə göndərib və evini traktorla dağıdıb, yerlə bir ediblər. Əraziyə Qüdsü Bayramovun başçılığı altında Elgün, Pərviz, Arif, Zaur, Rəfael və Orxan göndəriliblər. Vüsal İsmayılova dedim ki, qanunsuz hərəkətlər etməklə ölkə rəhbərliyinin yeritdiyi siyasətə qarşı çıxırsız, prezident seçkiləri öncəsi vətəndaşları dövlətdən narazı salırsız. Şəxsi mülkiyyətdə olan torpaqda 1-ci mərtəbəsi tikilmiş evi uçurmaq cinayətdir, Azərbaycan Konstitusiyasını ayaqlar altına atıb tapdamaqdır. Xaləddin İsgəndərova bu səlahiyyəti verən olmayıb, bu özbaşınalıqdır. Təşkilatımız məhkəməyə, Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edəcək və qanunsuzluq edənlərin cəzalandıırlmasını tələb edəcəyik”.



Rasim Məmmədov Xaləddin İsgəndərovla baş verənlərdən 20 gün əvvəl Heydər məscidinin yanında görüşdüklərini və tikintinin aparılması ilə bağlı müzakirə apardıqları söylədi: “Xaləddin İsgəndərov şəxsən özümə bildirdi ki, vətəndaşın sənədləri düzdür, gedib tiksin. Vətəndaş tikintiyə başladı, 3 gün sonra, yəni fevralın 6-da Xaləddin İsgəndərov ora adam yolladı, dedi ki, işi dayandırın. Guya hansısa sənədlər yoxdur, it-bata düşüb. Sənədləri də təqdim etdik. Hacıbala Abutalıbovla da görüşüb ondan xahiş etdik ki, qanuni aparılan tikintiyə maneçilik törədilməsinin qarşısını alsın. Hacıbala müəllim vətəndaşın ərizəsinin üstünü yazdı. Bundan sonra tikinti aparıldı. Bu dəfə Xaləddin İsgəndərov əraziyə Rəfael adlı bir nəfəri göndərmişdi. O gəldi, üstünü Hacıbala Abutalıbovun yazdığı ərizəyə baxıb dedi ki, ərizə saxtadır və evi uçurtdu. Bundan sonra biz müraciətlər elədik. Tikinti aparılmasına dair sənədləri təqdim etdik. Dedilər vətəndaş evini tiksin, sənədlər qanunidir. Bundan sonra da belə bir qanunsuzluq etdilər. Bu Azərbaycanda ulu öndərin ideyalarına qarşı böyük təhlükələrin olmasının göstəricisidir”.



Rasim Məmmədov deyib ki, vətəndaş Binəqədi rayonu, Biləcəri qəsəbəsində 3 sot yarım sahə alıb və özəlləşdirib. Bütün strukturlardan keçərək mülkiyyət hüququ alıb və ev tikintisinin eskizini çəkdirib. Binəqədi Rayon İcra hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinin rəsmiləri isə tikinti aparmaq üçün vətəndaşdan 7 min manat rüşvət tələb edirlər. Bu pulu vermədiyinə görə əmlakına qəsd törədilib.

R.Məmmədov bildirib ki, İctimai Nəzarət Koalisiyası ölkə rəhbərliyinə müraciət edərək Biləcəri qəsəbəsində baş verən özbaşınalıqlarla bağlı tədbir görülməsini xahiş edəcək, müvafiq sənədlər, video, foto-materiallar da təqdim olunacaq.

Məsələ ilə bağlı adı hallanan hər kəsi, o cümlədən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun da mövqeyini dinləməyə, dərc etməyə hazırıq.

Xəbər 1600 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +