“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


08.02.2018  14:35 

Prezidentin köməkçisi hansı dəyişikliklərin anonsunu verdi...





A+  A-

Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərindən danışıb.
XəzərNews.az xəbər verir ki, N.Məmmədov bildirib:

“Seçkilərin daha erkən tarixə təyin edilməsi dövlətin qarşısında duran mühüm məsələlərin həlli və siyasi-iqtisadi resursların yeni dövr üçün daha mütəşəkkil şəkildə səfərbər edilməsi baxımından vacibdir. Şübhəsiz ki, gündəlikdə olan islahatların səmərəsinin artırılması, kadr və struktur islahatlarının aparılması, müvafiq qanunvericilik aktlarının qəbul edilməsi məqsədilə Prezident seçkilərinin aprel ayına təyin edilməsi məqsədəuyğun hesab edilib”.

Novruz Məmmədovun kadr və struktur islahatlarından bəhs etməsi növbədənkənar seçkilərdən sonra bu sahədə hansı dəyişikliklərin olacağına işarədir?

Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə Modern.az-a açıqlamasında Novruz Məmmədovun dediklərinə münasibət bildirib.

“Ümumilikdə götürdükdə, istənilən hakimiyyətin məqsədi islahat deyil. Məqsəd islahatlar vasitəsilə qarşıda duran məsələlərin yüksək səviyyədə həll edilməsidir. İslahat bir dəfə keçirilmir.

İslahatlar həmişə mövcud olur və bir-birini tamamladıqda yüksək nəticə verir. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanda həmişə islahatçılıq ənənəsi olub. İslahatlar Konstitusiyanın qəbulunda, qanunların yenilənməsində, gənclərin iqtidara cəlb edilməsində və sairə sahələrdə gedib. Hesab edirəm ki, bu xətt həmişə davam edəcək”.

O bildirib ki, konkret olaraq hansı sahədə kimin təyinat alacağını demək isə bir qədər çətin məsələdir.

“Düşünürəm ki, buna ehtiyac olduqca özünü doğruldacaq. Zaman gəldikcə gənclər irəli çəkiləcək. Necə ki, çəkilir. Zaman gəldikcə struktur dəyişiklikləri olacaq və yenilənəcək. Atılan hər bir addımda Azərbaycanın milli maraqları gözlənilir. Dövlətçiliyimizin möhkəmlənməsi, müstəqilliyimizin əbədi olması kimi məsələlər hər zaman öndə olmalıdır. Biz həm milliliyimizi qorumalı həm də yeni modellərə açıq olmalıyıq”.

Xəbər 1156 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +