“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


08.02.2018  09:26 

“Azərbaycandakı seçki Trampı maraqlandırmır” - Açıqlama





A+  A-

“Donald Tramp administrasiyasını uzaq Cənubi Qafqaz və eləcə də Azərbaycan o qədər də maraqlandırmır”.
XəzərNews.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, bu günlərdə Bakıda səfərdə olan ABŞ dövlət katibi müavininin müşaviri, xanım Bricet Brinkin səfərinə o qədər də önəm verməyin tərəfdarı deyil. Politoloq bildirib ki, bu səfər sadəcə, Rusiya və ya İrana incə mesajdır ki, “bölgədə biz də varıq”: “Ancaq Vaşinqton bunu deyərkən Bakıya ya dövlət katibinin müavinini köməkçisini, ya da əksinə dövlət katibinin köməkçisinin müavinini göndərir. O da gəlib deyir ki, Azərbaycan ABŞ üçün vacib tərəfdaşdır, Əfqanıstanda birgə əməkdaşlıqdan məmnunuq, enerji resurslarının dünya bazarlarına daşınmasını dəstəkləyirik. Tam rəsmi Bakının istəyinə uyğun açıqlamalardır”.

Azərbaycanda növbədənkənar prezident seçkisinə ggəldikdə isə E. Şahinoğlunun fikrincə bu Vaşinqtonu az maraqlandırır, Dövlət Departamenti üçün əsas odur ki, Rusiyanın Azərbaycana təsiri olmasın: “Bunu heç rəsmi Bakı da istəmir və elə ona görə seçki erkən tarixə təyin olunub. Belə olan halda Vaşinqton niyə növbədənkənar seçkinin əleyhinə olmalıdır ki? O ki qaldı, “Azadlıq” radosunun Bakıda yenidən fəaliyyətə başlamasına, bəli Dövlət Departamenti radionun Bakıda ofisinin yenidən açılmasını istəyərdi, ancaq bunu yerli hakimiyyət istəmir və amerikalı diplomatlar israr etməyəcəklər, çünki onlar üçün Bakı ilə müzakirə ediləsi daha vacib mövzular var.

Trampı, onun administrasiyasını, o cümlədən Dövlət Departamentinin indiki rəhbərliyini və yuxarı eşelonundakı diplomatlarını insan haqları və demokratiya mövzuları az maraqlandırır.

Bir sual: ABŞ səfiri Robert Sekutanın Bakıya səfir təyin olunduğu gündən insan haqları və demokratiya mövzularında hansısa ciddi açıqlamasını eşitmisinizmi? Əksinə mətbuat konfranslarında bəzən ehtiyat etdikləri jurnalistə mədəni şəkildə tapşıra bilərlər ki, səfirə hansısa siyasi məhbusla bağlı sual verməyin. Belə hallar da olur. Halbuki, əvvəlki amerikalı səfirlərin ən sevimli mövzularından biri insan haqlarıyla bağlı idi. Özüm bir dəfə səfir Rino Harnişdən müsahibə götürdükdə amerikalı diplomat az qala görüşün yarısını bu mövzuya və "seçkini necə keçirmək lazımdır" sualına həsr etmişdi. ABŞ-ın hazırki xarici siyasətini başqa trendlər müəyyələşdirir”.

Xəbər 981 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +