“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


06.02.2018  15:27 

Bələdiyyələr yeni binalardan vergi yığa bilmir





A+  A-

“Yeni tikilən binalara bələdiyyə tərəfindən diqqət göstərilir. Amma həmin binalardakı mənzillərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatı olmadığına görə vergi vermirlər”.
XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin iclasında Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov deyib.

Bələdiyyə sədri bildirib ki, “çıxarış”ı olmayan mənzillərdən vergilərin yığılması qanunvericilikdə dəyişiklik edilməsindən sonra ola bilər:

“Yeni tikilən bina istismara verilir, amma orada olan mənzillərin “çıxarış”ı olmur. Belə olan halda vergi yığa bilmirik. Hətta elə olur ki, binadakı mənzillərin bir neçəsinin “çıxarış”ı olduğuna görə vergi verir, onun qonşuları isə vergi vermədiklərini deyirlər. Bu da ümumi prosesə təsir göstərir”.

Deputat Fəzail İbrahimli isə qeydiyyatı aparılmayan mənzillərdən vergi yığılmasının doğru olmadığını deyib:

“Məsələyə başqa tərəfdən baxmaq lazımdır. Niyə həmin binalardakı mənzillər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmır? Binalar qeydiyyata alınmalıdır, sonra vergi də yığılmalıdır. Vergi mülkiyyətdən alınar, mülkiyyəti təsdiq edən sənəd olmadıqda necə vergi yığmaq olar”.

Xəbər 3053 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +