İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib


05.02.2018  11:57 

İtlər daha çox kimlərə hücum edir?





A+  A-

Britaniyanın Liverpul Universitetinin alimləri itlərin daha çox kimlərə hücum etdiyini ortaya çıxarıb. Tədqiqat qrupu it hücumuna məruz qalanların statistikada göstərildiyindən qat-qat çox olduğunu müəyyən edib. Araşdırmanın nəticələri “Journal of Epidemiology and Community Health” jurnalında dərc olunub.
XəzərNews.az xəbər verir ki, alimlər Böyük Britaniyanın Çeşir qraflığında yaşayan 694 sakin arasında sorğu keçirib.

İştirakçılar öz yaşlarını göstərib və bir sıra suallara cavab verib.

Məlum olub ki, respondentlərin 25%-ni nə vaxtsa it qapıb. İt hücumu 1000 nəfərə 18,7 hadisə təşkil edir. Bu, ABŞ-da keçirilən sorğuların nəticələri ilə, demək olar ki, üst-üstə düşüb.

Habelə Britaniya səhiyyə orqanlarında qeydə alınan it hücumu qurbanlarının sayı göstərilən rəqəmdən üç dəfə azdır. Tədqiqat qrupu hesab edir ki, yalnız peşəkar tibbi yardıma ehtiyac yaranan hallarda it qapma hadisəsi statistikaya düşür.

Respondentlərin 44%-ni uşaqlıqda (16 yaşına qədər) it dişləyib. Maraqlıdır ki, evində it olmayan insanlarla müqayisədə, it saxlayan insanlar arasında it hücumuna məruz qalanların sayı 3.3 dəfə çox olub. Məlum olub ki, kişilər qadınlardan 1.8 dəfə daha çox it hücumunun qurbanı olur.

Psixoloji test narahatlığa meyl və it qapma riski arasında əlaqənin olduğunu ortaya çıxarıb. İtlə üzləşən zaman həyəcanlı vəziyyətdə olan, qıcıqlanan və ya əvvəllər depressiya yaşayan insanlar arasında hücuma məruz qalma riski daha yüksəkdir.

Xəbər 1540 dəfə oxunub.




29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +