Erməni snayperləri mövqelərimizi atəşə tutdu
Kolleclərə tələbə qəbulu elan edilir
Novruz çərşənbələrinin tarixləri açıqlandı
Hər gün sarımsaq yeməyin FAYDALARI
Koronavirus sutka ərzində 118 nəfəri öldürdü
İraq İrana uçuşları dayandırdı
Türkiyə ordusu Suriyada şəhid verdi
MSK daha bir məntəqəni etibarsız saydı
MSK daha 5 məntəqəni ləğv etdi
Neftçalanın icra başçısını işdən çıxarıldı


02.02.2018  10:56 

Nazirdən prokurorluğa ŞİKAYƏT - “Qanun qarşısında cavab verməlidir“





A+  A-

Xəbər verdiyimiz kimi, ötən həftə penisya və təqaüdlərin vaxtlı-vaxtında verilməməsinə görə maliyyə naziri Samir Şərifov və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova qarşı ciddi narazlıq yaranmışdı.
Bu barədə məsələni ictimailəşdirən ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov hər iki nazirə qarşı sərt fikirlər ünvanlanmışdı. Amma problemin mahiyyətini aydınlaşdırdıqdan sonra, fikirlərində redaktələr edib.

XəzərNews.az xəbər verir ki, Ü.Cəfərov problemin hansı nazirlikdən qaynaqlandığını açıqlayıb:

"Bu gün Maliyyə Nazirliyindən, həm də bu məsələlərin araşdırılmasına başlamış dövlət qurumlarındna birinin məsul şəxsi ilə təmaslarımız oldu. Bəri başdan onu qeyd edim ki, Maliyyə Nazirliyinə təşəkkür etmək istərdim. Və etdiyim haqsızlıqdan dolayı cənab nazir Samir Şərifovdan öz və zabit-gizirlər adından dönə-dönə üzr istəyirəm. Və inanıram ki, hörmətli maliyyə nazirimiz bu gün mənim ona çatdırmaq istədiyim sözləri, həmçinin üzrhaxlığımızı anlayışla, səmimi qəbul edəcək.

Deməli, məsələ tam aydınlaşdı. Məlum oldu ki, təsdiq olunmuş qrafikə uyğun olaraq Maliyyə Nazirliyi tam vaxtında, yəni, yanvarın 15-də ƏƏSM-nin Dövlət Sosial Müdafiə Fondunun (DSMF) hesabına maliyyələşməni həyata keçirib. Və içi mən qarışıpq olmaqla yüz minlərlə təqaüdçünün pensiya və müavinatlarının 15 gün gecikdirilməsinin əsas səbəbkarı ƏƏSM naziri Səlim Müslümov və ad(lar)ını yəqin ki, Baş Prokurorluğa ünvanlayacağımız müraciətə əsasən aparılacaq araşdırmadan sonra kim olacağını hamınız adıyla-soyadıyla tanıyacaqsınız.

Hesab edirəm ki, şəxsən mənim bu müraciətimi Baş Prokuror Zakir Qaralov və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbəri Kamran Əliyev, eləcə də Respublikanın Hərbi Prokuroru Xanlar Vəliyev fevralın 2-dən edilən müraciət kimi qəbul edib öz işlərinə başlaya bilərlər. Şəxsən mən bir daha qeyd etməyi vacib sayıram ki, ƏƏSM naziri Səlim Müslümov öz hərəkətləri ilə yüz minlərlə güc strukturlarının nümayəndələrinə qarşı özbaşınalıq edərək müəyyən maddi maraqlar güdərək 15 gün ərzində milyonlarla maliyyə vəsaitini vaxtında pensiya və təqaüdçülərə çatdırmağı təmin etməmişdir. Niyəsini və hansı səbəbdən olmasını yəqin ki, verəcəyi izahatda, açıqlamada özü açıqlayacaq.

Bu halın artıq son vaxtlar bir növ dəb halını almasını nəzərə alaraq təəssüf hissi ilə qeyd edirəm ki, nəhayət ki, özbaşınalıq edən bu məmura hökumətdən də lazım olan sərt təpki gələcəkdir. İnanırıq ki, Baş Prokurorluğun araşdırmaları ortalığa çox ilginc faktları, məsələləri çıxaracaq və bu araşdırmalara şəxsən öz tərəfimdən hərtərəfli köməyi və dəstəyi verməyə hazıram. Onu da qeyd etməy vacib sayıram ki, ƏƏSM nazirinin və bu sabotajda əli olan hər kəsin əməlinə və hərəkətinə hörmətli Ali Baş Komandan özü də lazım olan qiyməti verəcək.

Şəxsi fikrim də olsa qeyd etməyi vacib sayıram ki, ƏƏSM naziri Səlim Müslümov mütləq mənada etdiyi özbaşınalıq və vəzifəsindən sui-istifadəyə görə qanun qarşısında cavab verməlidir".

Xəbər 820 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.02.2020  11:37 

Bakıda yeni tunel çəkiləcək

20.02.2020  19:36 

MSK daha 5 məntəqəni ləğv etdi

20.02.2020  16:39 

“06” ilə vurulan qadın öldü

20.02.2020  15:32 

“Barsleona”dan yeni transfer

20.02.2020  14:23 

Sabahın havası açıqlandı

20.02.2020  12:49 

Messi Ronaldodan danışdı


BÜTÜN XƏBƏRLƏR +