Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


30.01.2018  23:37 

Türkiyə Rusiyadan izahat tələb edir





A+  A-

Türkiyə hökuməti Rusiyanın Soçi şəhərində Suriya ilə bağlı keçirilən sülh danışıqlarında terrorçu Mihraç Uralın iştirak etməsindən dolayı hərəkətə keçib.
XəzərNews.az Axar.az-a istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi bu səbəbdən dolayı Rusiya XİN-dən və MN-dən izahat tələb edib.

Rusiya tərəfi isə siyahıda adı qeyd edilməyən bu şəxsin konfransda hansı yolla iştirakını dəqiqliklə araşdıracağını bildirib.

Xatırladaq ki, ən təhlükəli terrorçulardan hesab edilən Mihraç Ural THKP-C “Acilcilər” adlı terror qruplaşmasının rəhbəridir.

O, Hatay vilayətində 52 nəfərin ölümü ilə nəticələnən terror aktının təşkilində şübhəli bilinir.

Maraqlı məqam ondan ibarətdir ki, hələ 2 il öncə sözügedən terrorçunun Suriyada öldürüldüyü və gizlicə basdırıldığı deyilmişdi.

Xəbər 2998 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +