AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


30.01.2018  12:37 

“Onların siyasəti iflasa uğradı” - Prezidentin köməkçisi





A+  A-

Azərbaycan mediasını öz təsiri altına salmaq istəyən dairələrin siyasəti iflasa uğrayıb.
XəzərNews.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov KİV əməkdaşlarına mənzillərin açarlarının təqdimatı mərasimində deyib.

Ə.Həsənov qeyd edib: "Çox təəssüflər olsun ki, bəziləri qəbahətə yol verərək bildirirlər ki, Azərbaycanın media siyasəti iflasa uğrayıb. Məgər öz dövlətinin vətəndaşlarını dövlətin daxilində və xaricində baş verən hadisələrlə tanış etmək istiqamətində fəaliyyət göstərən jurnalistlərə dövlət qayğısı göstərmək, onların maddi-mənəvi problemlərinin həllinə yardım etmək bu qədər qəbahətli bir haldır ki, bunu dövlətin informasiya siyasətinin iflası kimi dəyərləndirirlər? Azərbaycan dövlətinin jurnalistlərə yönəlik sözün həqiqi mənasında humanist siyasəti deyil, illərdir ki, milyonlarla, on, hətta yüz milyonlarla valyuta xərcləyib Azərbaycan mediasını öz təsiri altına salmaq istəyən dairələrin siyasəti iflasa uğrayıb".

Prezidentin köməkçisi vurğulayıb ki, iflasa uğrayan illərdir özünün vergi ödəyicilərinin pullarını qrant adı ilə xərcləyərək, başqa ölkələrin media nümayəndələrini öz təsiri altına salmaqla öz dövlətinə, dövlətçiliyinə və milli maraqlarına qarşı istifadəyə etməyə çalışanların siyasətidir:

"Həmin “qrant mediası”nın dırnaqarası "dəyərli" nümayəndələri Avropanın ayrı-ayrı mərkəzlərində yığışaraq bu günlərdə aparıcı ölkələrin – Fransa, Almaniya, Britaniya və İtaliyanın parlamentləri qarşısında “Non TAP” aksiyası, yəni Azərbaycanın strateji marağı olan “TAP layihəsinə "yox" deyək” aksiyası keçirmək istəyirlər. Budur qrant siyasətini həyata keçirənlərin bəzi Azərbaycan jurnalistlərindən formalaşdırdığı vətəndaşlar. Belə jurnalistlərin mövcudluğu və bir ölkənin müstəqil mediasını təsir altına alaraq onu öz dövlətinə qarşı istifadə etmək inkişaf göstəricisidirsə, Azərbaycan dövlətinə belə inkişaf lazım deyil".

Ə.Həsənov bildirib ki, Azərbaycan mediasının təməli sağlam qoyulub: "Azərbaycanda media siyasətinin iflasa uğradığını, müstəqil medianın məhv olduğunu deyənlər baxıb görsünlər ki, Azərbaycanda bu gün inzibati qaydada media üzərində təsiri olan hansısa dövlət qurumu varmı? Azərbaycan bəlkə bölgənin yeganə və ilk dövləti idi ki, Mətbuat və İnformasiya Nazirliyini ləğv edərək jurnalistlərin bütün məsuliyyətini, bütün öhdəliyini, bütün yaradıcılıq normalarını onların özlərinin yaratdığı ictimai qurum – Mətbuat Şurası vasitəsilə tənzimləmə mexanizmini tövsiyə etdi. Bu gün Azərbaycan dövləti sizə yardım edir. Siz bu yardımı qəbul edə də bilərsiniz, etməyə də. Azərbaycan dövləti sizin bəlkə çox çətinliklə, bəlkə heç vaxt ala bilməyəcəyiniz mənzil tikib sizə təklif edir. Siz bu mənzili ala da bilərsiniz, almaya da. Bunu hansısa dairələr Azərbaycan mediasının iflası kimi dəyərləndirirsə, əlbəttə, bu, çox böyük qəbahətdir".

O əlavə edib ki, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən ümummilli lider Heydər Əliyevin media siyasətini davam etdirib:

"2004-cü ildən bu günə qədər İlham Əliyevin prezident kimi mediaya qayğısından kim öz media müstəqilliyini itirib? Qətiyyən belə deyil. Cənab Prezident bu günlərdə Davosda çıxışı zamanı da qeyd etdi. Kim hesab edirsə ki, Azərbaycanda söz azadlığı, mətbuat azadlığı, siyasi fəaliyyət azadlığı, digər vətəndaş hüquqları, ictimai normalar pozulur, buyursun, biz onlarla açıq dialoqa hazırıq. Bunun qətiyyən heç bir əsası yoxdur. 2008-ci ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı və Azərbaycan dövlətinin mediaya yardımları şəffaflaşdırıldı, sistemləşdirildi, bir konseptual platforma üzərində quruldu. Kimə və nəyə yardım göstərildiyi şəffaf şəkildə cəmiyyətə bəyan olunur.

Cəmiyyətə şəffaf şəkildə bəyan olunan siyasət yaxşıdır, yoxsa gizli şəkildə, kabinetlərdə bir-iki xarici agentlə birlikdə ayrılmış qrantlar? Bu qrantların və dövlətin yardımının nəticələrinin nə olduğunu hamı yaxşı bilir, əlavə izah verməyə ehtiyac yoxdur. Odur ki, biz Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin yürütdüyü informasiya siyasətini, media siyasətini, siyasi plüralizm siyasətini dövlətimizin uğurlarından biri kimi dəyərləndirir və bu siyasətə qarşı yönəlmiş ittihamları qəbul etmirik”.

Xəbər 1203 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +