AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


29.01.2018  14:37 

Sürüşmə ilə bağlı daha bir AÇIQLAMA





A+  A-

“Teleqüllə” sürüşmə sahəsində mövcud vəziyyət açıqlanıb.
XəzərNews.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, sürüşmə sahəsində nisbi stabil vəziyyət hökm sürür.

Onun sözlərinə görə, sürüşmə sahəsində ekspedisiyanın əməkdaşları tərəfindən buruq-qazma işlərinə başlanılacaq: “Oradan 80 faizdən çox süxur nümunələri çıxarılacaq və süxurların fiziki xüsusiyyətləri öyrəniləcək. Həm də sürüşmə müstəvisi müəyyənləşdiriləcək”.

Bunların əsasında ümumi məlumatın hazırlanacağını vurğulayan ekspedisiya rəisi qeyd edib ki, ərazinin topoqrafik xəritəsi hazırdır.

Qeyd edək ki, sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində yeddi metr dərinliyində, bir metr enində çatlar yaranıb.

Xəbər 1140 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +