200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


25.01.2018  23:46 

Türkiyə Azərbaycan prezidentini təhqir edən radionu ağır cəzalandırdı





A+  A-

Türkiyə Radio və Televiziya Yüksək Qurumu (RTÜK) Azərbaycan prezidenti İlham Əliyev və xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva haqqında təhqiramiz ifadələrə yol verən “Show Radyo”ya sərt cəza verib.
XəzərNews.az Anadolu agentliyinə istinadən xəbər verir ki, RTÜK adıçəkilən radio kanalındakı “Matrax” adlı verilişin 5 dəfə dayandırılmasına və pul cəzası verilməsinə qərar verib.

Pul cəzası şirkətin yayım gəlirlərinin 5 faizini əhatə edəcək. Bundan başqa, bir il ərzində oxşar “səhv”ə yol verilərsə yayım 10 gün dayandırılacaq. Bununla da kifayətlənməsələr və növbəti dəfə eyni “səhvi” təkrarlasalar, “Show Radyo”nun lisenziyası əlindən alınacaq.

Qeyd edək ki, Zeki Kayahan Coşkunun aparıcısı olduğu verilişin 16 yanvarda Bakı vaxtı ilə 23:00 - 02:00 saatları arasındakı buraxılışında İ.Əliyev və M.Əliyeva haqqında təhqiramiz ifadələr səsləndirilmişdi.

Xəbər 1542 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +