Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


19.01.2018  09:17 

YAP-ın müttəfiqi kimdir?





A+  A-

Türkiyədə 2019-cu ildə keçiriləcək prezident seçkisinə xeyli müddət qalsa da, seçki hazırlıqları indidən başlayıb. Müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalının hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı seçkilərdə dəstəkləyəcəklərini bəyan etməsi isə çox böyük əks-səda doğurub və müzakirələrə yol açıb. Artıq Ərdoğanın rəhbərlik etdiyi hakim AKP ilə Baxçalının lideri olduğu MHP arasında ittifaqın rəsmiləşdirilməsinə də hazırlıq gedir. Bu, Türkiyənin müasir tarixində ilk hadisədir ki, qatı müxalifət mövqeyində partiya hakimiyyətdə olan partiyanın namizədini müdafiə edir və iki partiya arasında ittifaq qurulur.
Azərbaycanda da prezident seçkisi yaxınlaşır. Özü də bizdə seçkilər qardaş ölkədəki seçkidən öncə - 2018-ci ilin oktyabrında keçiriləcək. Bəs Türkiyədə yuxarıda qeyd etdiyim hadisəyə bənzər siyasi hadisə Azərbaycanda da yaşana bilərmi? Hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədini müxalifətdə olan partiyalardan hansınınsa müdafiə etməsi və partiyalar arasında ittifaq qurulması gözlənilirmi?

XəzərNews.az xəbər verir ki, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Türkiyədə belə bir təcrübə indi yaşanırsa, Azərbaycanda 1993-cü ildən indiyə qədər keçirilən prezident seçkisində dəfələrlə yaşanıb. Azərbaycanda bunun çoxsaylı nümunələri var: “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq prezident seçkisi ilə əlaqədar əvvəllər ayrı-ayrı təşkilatlar, müəssisələr, ictimai birliklər və digər qurumlar tərəfindən namizəd irəli sürülürdüsə, indi Seçki Məcəlləsinin tələbinə görə ya öz təşəbbüsü ilə namizədlik irəli sürülür, ya da seçicilərin təşəbbüs qrupu yaradılır, yaxud da siyasi təşkilat tərəfindən namizəd irəli sürülür. Yeni Azərbaycan Partiyasının namizədi həmişə partiyanın qurultayı tərəfindən irəli sürülür. Təcrübə göstərir ki, çoxlu sayda partiyalar, qurumlar namizədlərini irəli sürürlər. Baxmayaraq ki, onların bir hissəsinin buna hüquqi cəhətdən əsası var, bir hissəsinin isə namizəd irəli sürmək hüququ yoxdur. Sadəcə olaraq, öz münasibətlərini bildirirlər. Rəsmi qaydada Yeni Azərbaycan Partiyası tərəfindən namizəd irəli sürülüb qeydiyyatdan keçdikdən sonra bu qurumlar və partiyaların bir çoxu Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyirlər. Seçki kampaniyasında, təbliğat-təşviqat işində və digər seçki ilə bağlı məsələlərdə yaxından iştirak edirlər. Dəfələrlə belə olub ki, öz namizədliyini irəli sürməyən siyasi partiyaların rəhbərləri-söhbət parlamentdə təmsil olunan və olunmayan partiyalardan gedir-partiyaları ilə birlikdə Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləmələri barədə rəsmi bəyanatlarla çıxış ediblər. Sonra isə partiyalarının qurultaylarında bu barədə verdikləri qərarı rəsmi qaydada bizə təqdim ediblər. Yəni Azərbaycanda Türkiyədən uzun illər öncə hələ 1993-cü ildən başlayaraq bu cür proses baş verib. Ortada çoxlu sayda nümunələr var. Digər partiyalarda isə bu hal baş vermir. Siz dəfələrlə şahidsiniz ki, vahid namizəd prinsipi məsələsi ortaya atılır və sonda isə heç bir razılaşma əldə edə bilmirlər. Nəticədə fərdi qaydada hər təşkilat öz namizədini irəli sürür”.

S.Novruzov qeyd edib ki, qarşıdakı seçkidə də Yeni Azərbaycan Partiyasının namizədinin digər siyasi partiyalar tərəfindən müdafiə olunması təcrübəsinin yaşanacağı gözlənilir: “Artıq indidən müraciətlər var. Qeyd edirlər ki, ayrıca namizəd irəli sürməyəcəklər və Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədini dəstəkləyəcəklər”.

Xəbər 1614 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +